Azərbaycan Basketbol Liqasında IX turun mərkəzi oyunu baş tutub.
Prosport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində liderlər qrupunda qərarlaşan "Xəzri" və "Sabah" komandaları qarşılaşıb. Gərgin oyunun yekununda "Sabah" 84:80 hesabı ilə qələbə qazanıb.
Ən məhsuldar basketbolçular "Xəzri"dən Amil Həmzəyev (17 xal, 5 ribaund), "Sabah"dan Mayk Holton (18 xal, 4 assist) olub.

