“Neftçi”nin U-15 komandasının futbolçusu Nurəziz Əzizov evə buraxılıb.
Prosport.Az xəbər verir ki, AFFA U-15 Liqasının XV turunda “Ulduz"la (Mingəçevir) qarşılaşmada zədələnən qapıçı hospitalda müalicəsini başa vurub.
Qeyd edək ki, matçın 37-ci dəqiqəsində cərimə meydançası daxilində rəqibin hücumçusu ilə toqquşaraq qarın boşluğundan zərbə alan Nurəziz Əzizovun dalağı partlayıb. O, Kürdəmir Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

