Bu gün Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutub.
Prosport.Az xəbər verir ki, 10 komanda 5 iştirakçıdan ibarət 2 qrupa bölünüb.
A qrupunda "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt", B qrupunda "Sabah", "Gəncə", "NTD-İndiqo", "Sərhədçi" və "Şəki" yer alıb.
Komandalar bir-biriləri ilə dairəvi sistemlə oynayacaq. Qruplarda ilk 2 yeri tutanlar yarımfinala vəsiqə qazanacaq. Oyunlar mart və aprel aylarında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.

