Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"nin bizi təbrik etməməsində böyük qəbahət görmürəm" – Qurban Qurbanov
    18.12.2023 22:44:17

    "Qarabağ" Azərbaycan Premyer Liqasının XVll turunda öz meydanında "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Vacib qalibiyyət idi. Bəzi oyunlardan sonra futbolçularda bir az arxayınlıq olur. Bir az da yorğunluq var idi. Bu anlarda xarakter gəöstərməkləri vacibdir. Bu gün dinamika aşağı olsa da, qarşımızda çox yaxşı müdafiə olunan komanda var idi. Boş zonalar az idi. Komandamız qələbə üçün çox əziyyət çəkdi. "Neftçi"yə uğurlar arzulayıram. Sona kimi oyun intizamını pozmadılar. "Neftçi" kollektivi baş məşqçinin tapşırığını yerinə yetirdi. Nadir hallarda boşluqlar verirdilər. Futbolçularım bundan lazımi vaxtda istifadə edə bildi. Onlardan razı qaldım.

    – UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə qarşılaşacaqsınız. Rəqib haqda nə deyəcəksiniz?
    – Çox maraqlanmadım. Bu gün fikrim "Neftçi" ilə oyunda idi. Çox az məlumat topladım. Potensial rəqiblərin hər biri ciddi idi. Hər biri qarşısına ciddi vəzifə qoyub. Portuqaliya klubları avrokuboklara çox ciddi yanaşır. Onlardan biri bizimlə düşdü. Hər bir halda, bizim üçün böyük təcrübə olacaq. Rəqibi tam yaxından tanıyandan sonra daha ətraflı məlumat verə biləcəyik. Dinamik, texnikalı oyunçuları var. Yaxşı oyun, yaxşı futbol göstərən komandadır. Hələ qarşıda 1-2 ay vaxtımız var. Çalışacağıq ki, rəqibi təhlil edək.

    – Həftəiçi tarixi qələbədən sonra "Neftçi" istisna olmaqla bütün klublar "Qarabağ"ı sosial şəbəkə hesabında təbrik etdi. Bu sizin üçün xüsusi motivasiya oldu?
    – Tam bilmirəm. Yəqin ki, rəhbərlik səviyyəsində təbrik olub. Elə də böyük qəbahət görmürəm. Hamısı öz komandalarımızdır. Bu gün hamı təbrik etdi, həm məşqçiləri, həm rəhbərlikləri. Böyüdüləsi bir şey görmürəm.

    – Növbəti oyunun nəticəsindən asılı olmayaraq, fasiləyə qış çempionu kimi gedirsiniz. Cəmiyyətdə belə fikir formalaşıb ki, "Qarabağ" və digərləri... Bu haqda  fikriniz necədir?
    – Özümüzü digərlərindən ayırmaq istəmərik. Çünki Azərbaycan futbolundakı birlik üçün bu turnir keçirilir. Sadəcə, bu gün biz uğurluyuq. Sabah başqası ola bilər. Belə fikirlərin olmasını istəmərəm. Bu düşüncə ancaq bizə mane ola bilər. Çempionatın əvvəlində və 2-ci dövrənin başlanğıcında böyük xal itkiləri oldu. Daha da məsuliyyətli olmalıyıq.

    – "Braqa" ilə ilk görüşü səfərdə oynayacaqsınız. Bu, üstünlükdür?
    – Tam ətraflı danışa bilmərəm. Çünki rəqibi yaxından tanımırıq. Sadəcə, bilirik ki, həmişə avrokuboklarda qəliz rəqiblərdən olub. Portuqaliyadakı komandalar həmişə böyük rezonans doğurur. Keyfiyyətli iş prinsipləri var. Portuqaliya bazarından Avropaya xeyli sayda futbolçu gedir. Nəticəni indidən düşünmək mənim üçün düzgün olmaz. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Futbol indi elə səviyyəyə çatıb ki, bəzən evdə ilk oyunu keçirmək daha sərfəlidir. Hər bir halda, bu, böyük rəqiblərə o qədər də təsir etmir. Konkret fikir bildirə bilməyəcəyəm. Çalışacağıq ki, ən düzünü edək.

    – Oyunun gedişində 2 dəyişiklik etdiniz. Juninyu və Hamidu Keyta vurulan qollarda effektiv idi. Öncədən bunu planlaşdırırdınız?
    – Dəyişiklik oyunun gedişatına görə oldu. Bəzi oyunçularda da yorğunluq var idi. Keyta çox vaxt sonradan oyuna çıxıb, qol vurur, qol ötürməsi verir. 

    – Kevin Medina "Braqa" ilə oyuna hazır olacaq? Hazır olmayacaqsa, həmin mövqeyə transfer edəcəksiniz?
    – Fevrala qədər hazır olmayacaq. Əməliyyatdan sonra qayıtması bəlkə 4 ay çəkdi. Transferə gəlincə, desəm ki, konkret qarşımıza məqsəd qoymuşuq ki, mütləq mərkəz müdafiəçisi alacağıq, yox. Amma mentaliteti, oyunu bizə uyğun futbolçu olsa, yox demərik. Çünki biz ilboyu oyunçuları gözdən keçiririk. Bəzən elə futbolçu çıxır ki, onu əldən buraxmaq istəmirik. Variant çıxarsa, dəyərləndirəcəyik. Olmasa, belə davam edəcəyik.

    – Növbəti oyununuz Xankəndidə MOİK-ə qarşıdır...Təəssüratlarınız necədir?
    – Çox xoş. Səbirsizliklə bu oyunu gözləyirik. Allah qoysa, hər şey qaydasında olar. Məncə, təəssüratlarımı oyundan sonra daha çox bildirə biləcəyəm. Hər bir halda, bu oyuna çox ciddi hazırlaşacağıq. İstəyərik ki, yaxşı oynayıb, yaxşı nəticə əldə edək.

    – Ondan 3 gün sonra "Zirə" ilə qarşılaşacaqsınız. Bakıya qayıdarkən 1 gününüz yolda keçəcək. Oyuna hazırlaşmaq üçün cəmi 1 gün vaxtınız olacaq. Bu sizə ağır olmayacaq və ya PFL-ə oyunun gününün ertələnməsini xahiş etməyi düşünmürsünüz?
    – Çətinlik barədə düşünmürəm. Gərginlik, yorğunluq ola bilər. Amma çətinlik haqda düşünmürəm. İlin sonudur. Dünən futbolçuların oynadıqları matçların sayına baxırdıq, 30-31 matçdır. Hələ millidə oynayanlar əlavə 4-5 matça çıxıb. Bu, ümumi fiziki yorğunluq, həm də psixoloji yorğunluq, gərginlik yaradır. Bu gün də şahidi olduq. Sanki hazırda bir az gücümüz azalıb. Bizdən gözləntilər çoxdur. Futbolçular məsuliyyətlidir. Gediş-gəliş, yol, süni örtük... Bu, futbolçuların hazırlığına problem yarada bilər. Amma ilk deyil. Tovuza gedib, sonra gəlib oyun oynamışıq. Avropada oynayıb, bütün gecəni yolda olub, qayıdıb oynamışıq. Peşəkar klubuq. Bu epizodlara çətinlik kimi baxsaq, uduzarıq. Əksinə, çalışırıq ki, futbolçular yaxşı motivasiya ilə kubok və çempionat oyununda özlərini hazır hiss etsin.

    – Qəribə və xoş təsadüfdür ki, "Qarabağ" Xankəndidə onu işğaldan azad edən Milli Ordunun təmsilçisi ilə oynayacaq...
    – Oyundan sonra fikir bildirsəm, daha yaxşı olar. Çox da danışmaq istəmirəm. Məncə, belə də olmalıdır. Ordumuza nə qədər təşəkkür etsəm, azdır. Şəhidlərimizə nə qədər rəhmət desək, yenə azdır. Qazilərimizə nə qədər dua etsək, azdır. Onlar bizdən çox yuxarıdadır. Heç kimin düşünmədiyi, ağlına gəlməyən bir qalibiyyət əldə olunub. Başda ölkə başçısı olmaqla, inamla, güvənlə, mərdcəsinə qələbə qazanmışıq. Bəzi oyunlar olub ki, qələbəni dişinlə, dırnağınla, son saniyə qolu ilə qazanırsan. Bunun ləzzəti başqadır. Xalqımızın birlikdə olması tarixdir. Əvəzolunmazdır. Biz evimizdə otururduq, o cür oğlanlar, kişilər, nələrdən keçirdilər. Əsgərlərimiz, ordumuz həmişə bizdən yuxarıdadır. Allah ordumuzu, xalqımızı qorusun.

    – Qış hazırlığı ilə bağlı planlarınız hazırdır?
    – Hazırdır. Vaxt olaraq heç nə edə bilmirik. Yanvarın 5-dən Bakıda olacağıq. Vaxt itirmək istəmədik. Qarşıda sıx qrafik başlayacaq. İstədim ki, Bakıda olaq. Vacib olan futbolçuların sağlam olmasıdır. İstəyərdim ki, futbolçularım evlərinə sağlam gedib, sağlam gəlsin. Gələn il mütləq daha yaxşı olmalıyıq. Rəqiblər bizə çox ciddi yanaşır.

    – Yutub platformasında "Qarabağ" – "Neftçi" matçını 15 min adam izləyirdi. Onları necə stadiona cəlb edə bilərik?
    – Hər oyunda belədir. Gələcəklər. Edəsi bir şey yoxdur. Yutubdan baxanlar da bizim azarkeşlərdir. Yaxın adamlarım var, deyirlər ki, efirdən baxanda daha yaxşı olur. Çünki epizodlara təkrar-təkrar baxmaq istəyirlər. İnsanları məcbur edə bilmərik. Bizim azarkeşlərimiz çoxdur. Onların hər birinə təşəkkür edirəm. Şəhərdə, rayonda, kənddə olanda nə qədər insan gəlir. Futbolçularıma, kluba təşəkkür edirlər ki, uğurlar qazanırıq.

    – Antalya toplanışının ən vacib məqamı yoxlama matçları idi. Bəs Bakıda hansı komandalarla oynayacaqsınız?
    – Çox oyun oynamağa vaxtımız da yoxdur. Çünki planımız futbolçuları bərpa etməkdir. Bir tam ciddi rəqib olmalıdır, bir də öz aramızda 2 tərəfli oyun planlaşdırırıq. Çünki ayın 23-də oyunumuz olacaq. "Zirə" ilə qarşılaşmaq mümkündür. Ən real variantlardan biri odur.

    – Aleksey İsayevin "Qarabağ"a keçə biləcəyi xəbərləri yayılıb...
    – Maraq ola bilər. Yerlilərdən çox futbolçuya maraq var. Bəzən elə anlar var ki, biz nə oyunçuya təklif edə bilərik, nə də rəhbərliyə. Çünki hamı yerli, yaxşı oyunçuya  ehtiyac duyur. Amma Aleksey bizə təklif edilsə, "yox" demərəm. Lakin bizim ona nə ciddi təklifimiz var, nə də marağımız var.

    Futbol

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23
    Futbol

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59
    Futbol

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44
    Futbol

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24
    Futbol

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bəlkə də "Neftçi"nin futbolçuları dünya çempionatını qəlyan çəkə-çəkə izləyib" – Veteran qapıçı

    30.07.2026 11:42:48

    Braziliya klubu "Qarabağ"a "yox" dedi

    30.07.2026 11:17:23

    Dünya çempionatı: Daha 5 qadın güləşçimiz xalça üzərinə çıxır

    30.07.2026 10:56:07

    "Zirə" Estoniya klubuna qarşı, "Neftçi" möcüzə axtarışında

    30.07.2026 10:29:59

    Avropa Liqası: "Qarabağ" Sofiya səfərində

    30.07.2026 10:00:35

    Çempionlar Liqası: "Sabah"ın rəqibi dəqiqləşdi

    30.07.2026 00:01:44

    "Futbolçulardan yeganə istəyim kişi kimi mübarizə aparmalarıdır" - Yuri Vernidub

    29.07.2026 23:45:24

    "Turan Tovuz"un Türkiyədəki növbəti rəqibi bilindi

    29.07.2026 23:15:48

    Yunan-Roma yığmamız dünya 2-cisi oldu

    29.07.2026 22:43:24

    "İlk oyunda "Zirə"nin üstün olması fikri ilə razı deyiləm" - "Payde"nin baş məşqçisi

    29.07.2026 22:15:54

    "Mərhələni keçmək istəyiriksə, Bakıdakından yaxşı oynamalıyıq" – Qurban Qurbanov

    29.07.2026 21:45:40

    Maluda rəsmən "Bazel"də – 4 illik müqavilə

    29.07.2026 21:14:23

    “Bakıda bizi çox yaxşı qarşıladılar” – Erməni dünya çempionu

    29.07.2026 20:45:32

    Güləşçilərimizdən dünya çempionatında altı medal

    29.07.2026 20:19:10

    “Dünya çempionatında qızıl medal qazanmaq istəyirdim” – Elmir Çərkəzov

    29.07.2026 19:32:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved