Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Braqa": "Arsenal"ın rəngləri, Müqəddəs Məryəmin gətirdiyi uğur – TANITMA
    18.12.2023 18:23:23

    "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi "Braqa" oldu. 

    Prosport.Az Portuqaliya təmsilçisini tanıdır.

    Tarixi
    1921-ci ilin 19 yanvarında yaranan klubun ləqəblərindən biri "Os Arsenalistas"dır. Klubun rəngləri bu səbəbdən İngiltərənin "Arsenal" klubununku ilə eynidir. Lakin 1946/47 mövsümünədək əsas komandanın geyim formasının rəngi yaşıl və ağ olub. Bir versiyaya görə, klubun prezidenti Juze Antunes Qimaraynşın Londonda biznes əlaqələri olub və "Arsenal" fanatı olduğundan, belə qərar verilib. Digər versiyaya görə isə, komandanın macar baş məşqçsi Yojef Sabo klub prezidentindən yaşıl-ağ formanı "Arsenal" üslubunda qırmızı-ağa dəyişməyi xahiş edib. Hətta "Braqa"nın gənclərdən ibarət komandası "Arsenal de Braqa" adlandırılıb.

    "Braqa"nın emblemində Müqəddəs Məryəm və qucağında İsa peyğəmbər, həmçinin böyük qızılı Braqa tacı əks olunub. Bir çox azarkeşlər Müqəddəs Məryəmin onlara uğur gətirdiyini bildirir.

    Uğurları
    1963/64 mövsümündə elitaya qoşulan komanda 3 dəfə Portuqaliya Kubokunun (1965/66, 2015/16, 2020/21) və 2 dəfə Liqa Kubokunun (2012/13, 2019/20) qalibi olub. 2008-ci ildə UEFA İntertoto Kubokunun qalibi olaraq UEFA Kubokuna vəsiqə qazanıb. "Braqa" İntertoto Kubokunun qalibi olmuş yeganə Portuqaliya klubudur.

    Heyəti
    Komandaya məşqçilik karyerası əsasən "Braqa" ilə bağlı olan 51 yaşlı Artur Jorje başçılıq edir. Kapitan Portuqaliya millisinin də üzvü olan Rikardu Ortadır. Braziliya, İspaniya, Mali, Türkiyə, Liviya, Qabon, Uruqvay, İsveç, Konqo Demokratik Respublikası, Kolumbiya, Seneqal və Çexiyadan legionerlər çıxış edir. Hazırda Portuqaliya çempionatında 29 xalla 4-cü olan "Braqa"nın ən məhsuldar oyunçusu Simon Banzadır. 27 yaşlı Konqo əsilli fransalı hücumçu cari mövsüm 14 oyuna 13 qol vurub. Digər hücumçu Rikardu Orta isə 7 qolla 2-ci məhsuldar futbolçudur.

    Stadionu
    2003-cü ilədək komanda ev oyunlarını "1 may" stadionunda (Estádio 1º de Maio) oynayb. Hazırda bu stadiondan əvəzedici komanda yararlanır. Komanda 2003-cü ildən AVRO-2004 üçün tikilmiş Braqa Bələdiyyə stadionundan (Estádio Municipal de Braga) istifadə edir. Braqa bələdiyyəsinə məxsus, 30 286 tamaşaçı tutumuna malik stadionun inşası 108.1 milyon avroya başa gəlib. Bu arena cənub tərəfində (qapı arxası) təpənin olması ilə seçilib. 2012-ci ilin noyabrın 9-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Berti Foqtsun baş məşqçisi olduğu yığmamız Portuqaliyaya məhz bu stadionda uduzub – 0:3. AVRO-2004-ün qrup mərhələsinin Bolqarıstan – Danimarka (0:2) və Niderland – Latviya (3:0) matçları məhz bu arenada baş tutub.  

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved