Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "NTD-İndiqo" – "Cəlilabad": Məşqçi fikirləri
    18.12.2023 15:56:56

    Azərbaycan Basketbol Liqasının VIII turunda "NTD-İndiqo" Xaçmazda "Cəlilabad"a 108:93 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, bu qələbə ilə meydan sahibləri turnir cədvəlində 15 xalla lider olub.

    Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini bildirib.

    Tahir Baxşıyev ("NTD-İndiqo"nun baş məşqçisi): "Oyunçular böyük istəklə meydançaya çıxdı. Oyuna çox yaxşı başladıq. Dərhal təşəbbüsü ələ aldıq. Matçın sonunda gənc oyunçulara şans verdik. Öz üzərində işləməlidirlər. Sevindirici haldır ki, azərbaycanlı oyunçular qələbədə böyük pay sahibi oldu və 50%-dən çox xal topladılar. Adətən, əksinə olur. Bu, komanda basketbolu oynadığımızı göstərir. Legionerləri də qeyd etmək lazımdır, xəsislik etmirlər. Bu məni çox sevindirir... Rəşid Abbasov məşqlərdə öz üzərində çox çalışır. Və bu işin nəticələrini görür. Bu gün Əkbər Məmmədov, Murad Babayev də yaxşı oynadı. Əgər Rəşid və Murad ötən mövsüm əsasən ehtiyatda qalırdılarsa, bu gün onları rahatlıqla əsas heyətdə buraxa bilirəm. Bu məni sevindirir. Yaxşı basketbol göstərirlər. İnşallah, bu şəkildə davam edəcəklər".

    Şəhriyar Əsgərov ("Cəlilabad"ın baş məşqçisi): "Xaçmaza gedəndə hansı komanda ilə oynamalı olduğumuzu yaxşı bilirdik. Rəqib çox güclüdür. Təəssüf ki, bizdə müəyyən çətinliklər hələ də qalmaqdadır. Bizim ən güclü üzvlərimizdən biri Raşon Consonun zədəli olmasını nəzərdə tuturam. Raşonun "Xırdalan"la oyuna hazır olub-olmaması dəqiq bilinmir. Üstəlik Andrey Kondratyevin zədəsi də təsirini göstərir. Camani Pirsin də yüngül zədəsi var idi, ancaq biz onu meydançaya buraxmalı olduq. Oyuna gəldikdə, rəqib matça çox yaxşı başladı. Onların bütün atışları səbətə düşdüyü halda, bizdə əksinə bu mənada uğursuzluq yaşandı. Böyük fasiləyə qədər ribaundlarda da rəqibin üstünlüyü nəzərə çarpdı. Bunun sayəsində hesabda böyük fərq yaranmışdı. Daha sonra biz müdafiədə oyunu dəyişdirdik və bununla da fərqi azalda bildik, lakin bundan artığına gücümüz çatmadı. Azarkeşlərimizin məyusluğunu anlayıram. Komandamızın potensialı var. Mövsüm uzundur, çox istəyirəm ki, azarkeşlərimiz bizə sonuna qədər inansın və dəstək olsunlar".

    Basketbol

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Basketbol

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved