Ramil Şeydayev Tayland çempionatının XIV turunda məğlub olub.
Prosport.Az xəbər verir ki, onun formasını geyindiyi “Buriram” səfərdə 1:4 hesabı ilə uduzub.
Bu, Şeydayevin komandasının mövsümdə ilk məğlubiyyəti olub. “Buriram” səfərdə “Port MTI” ilə qarşılaşmada xalsız qalıb. Start heyətində yer alan Ramil komandasına kömək edə bilməyib.
Qeyd edək ki, “Buriram” lider “Banqkok Yunayted”dən 11 xal geri qalır.

