Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "+18 görüntüdür?" – Ayxan Abbasov
    16.12.2023 23:55:24

    "Bu gün üzücü xəbər aldıq. Azərbaycan futbolu üçün dəyərli insanlar qəzaya düşüb. Allahdan onlara şəfa diləyirəm. Bu gün çempionatımızın ən yaxşı komandalarından birinə qarşı oynadıq. "Zirə" ən az qol buraxan komandadır. Bu, asan deyil. Onların müdafiə xəttini yarmaq çətin idi. Meydanda taktiki savaş getdi. Rəqib sistemini dəyişmişdi. Rəşad Sadıqov sürpriz etməyi sevir. Yaxşı oynadığımız oyunlarda məğlub oluruq. Yenə də qorxmadıq. "Zirə" ilə yenidən kubokda oynayacağıq. İlin sonunda sıx qrafikdə oynamaq çətindir. Amma futbolçularıma inanıram. Rəhbərliklə bir yola başlamaşıq. Bu yolu keçməliyik. Futbol xarakter oyunudur. Bu gün oyunçularda mübarizə əzmini gördüm".

    Prosport.Az xəbər verir ki, xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XVll turunun "Zirə" ilə matçından (1:0) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb. 

    – Rəqibin sistem dəyişikliyi sizə çətinlik yaratdı?
    – Bizim hücumçularımıza qarşı bu sistemlə oynadılar. Epizodlar var idi ki, sanki hücumçularla müdafiəçilər meydanda güləşirdi. Bu bizə çətinlik yaradırdı. Onlar da 2 hücumçu ilə oynadl. Diqqətli oynamalıydıq. Futbolçular hər vəziyyətə hazır olmalıdır.

    – Şəhriyar Əliyev meydanda olanda sanki müdafiə daha etibarlı görünür. Onun yoxluğu oyununuza necə təsir edir?
    – Bizim problemimiz adlarda deyil. "Sabah"la matçda Şəhriyar meydanda idi, 3 qol buraxdıq. Problemimiz stopperlərin bir yerdə stabil olmamasıdır. Roderik Miller, Emmanuel Hakman, Şəhriyar zədələnib. Bunların hamısı ən azı 3-4 turu buraxıb. Bir müddət 4-lü müdafiə ilə oynadıq. Oyunçular sağlam olsalar, ən yaxşı heyəti meydana buraxarıq. Bu, bizə siqnal verir ki, gələcəkdə daha geniş heyət quraq. Şəhriyar bu gün liderlik keyfiyyətini göstərdi.

    – Çox qol buraxmağınızın səbəbi nədir?
    – Keçən il qalib gəlirdik, narazı qalırdılar. Hətta deyirdilər ki, uduzaq, amma hücum edək. Mənim hücum və ya müdafiə baxışım yoxdur. Futbol komanda oyunudur. Bu gün böyük komandalar da kompakt oynayır. Bu mövsüm hücuma üstünlük veririk. Çünki hücumameyili oyunçularımız çoxdur. Mövsümün əvvəlində futbolçuların zədə alması, komanda şəklində müdafiədə problem yarartdı.

    – Qış fasiləsində hansı mövqelərə transfer edəcəksiniz?
    – Öncə yerli futbolçu istəyirəm. Elə futbolçu istəyirəm ki, heyətimizdə olanlardan güclü olsun. Axtarışdayıq. Danışıq apardığımız futbolçular var. Hazırda legioner transferi düşünmürük. Son 2 matçdan sonra ümumi təhlil edib qərar verəcəyik.

    – Klub rəhbəri bildirdi ki, "Qarabağ"ı nümunə götürmüşük. Siz necə, yerli, yoxsa əcnəbi futbolçulara üstünlük verməyi daha doğru hesab edirsiniz?
    – 2 saat danışsam, az olar. Deyirik ki, legioner oynatmayaq. Keçən il "Şamaxı"nı niyə qınadıq? Fikirlər çoxdur. Hərə bir yerə yoza bilər. Azərbaycanda 2-3 hücumçu gətirə bilərik? Mərkəz müdafiəçisi deyək. Bəzi komandalar qapıçı problemi yaşayır. Çempionatda qalmaq üçün komandaya legioner lazımdır. Mən öz büdcəmə uyğun legioner gətirirəm. "Sabah"ın, "Neftçi"nin legionerləri ilə bizimkilər arasında fərq var. Bu gün Otto Conu, Paşunu qazanmışıq. Conun aldığı maaşı desəm, çoxunuz inanmayacaqsınız. Bəli, hamımız "Qarabağ"ın yolunu nümunə çəkirik. "Qarabağ" öncə bazasını düzəltdi. "Qəbələ"nin düşdüyü vəziyyət bizə siqnaldır. "Sumqayıt"da futbolçu 1500 manat maaş alırdı. Komanda Avropa Liqasına vəsiqə qazanandan sonra bizdən 10 min manat maaş istədi. Bəzi klublar maliyyədən gileylənir. Yerli oyunçular üçün müraciət edirik, futbolçuları buraxmırlar. "Sabah"a təşəkkür edirəm. Az oynayan futbolçuları icarəyə verirlər. Mən yerli oyunçuların tərəfdarıyam. Amma Premyer Liqada qalmaq üçün legionerlər vacibdir.

    – Əvəzedici komadanın zəif çıxışının səbəbi nədir?
    – Onların qarşısına hədəf qoymamışıq. Ötən il bu komanda 3-cü yeri tutmuşdu. Həmin komandadan Faiq Hacıyevi qazandıq. Bu mövsüm o əsas heyətdə oynayır. Sadiq Şəfiyev var, 2 ildən sonra Azərbaycanda ən yaxşı hücumçulardan biri ola bilər.

    – Hakim idarəçiliyini necə dəyərləndirirsiniz?
    – Bu gün çox çətin oyun idi. Hakimlikdən çox danışmaq istəmirəm. Real baxsaq, xalımız daha çox ola bilərdi. 4 oyunda hakim qərarları nəticəyə təsir etdi. Həmin səhvlər baş məşqçinin, futbolçunun karyerasına təsir edə bilər. Əliyar Ağayevin Çempionlar Liqası oyununu izlədim. Fasilədə oyunçular necə sərt etiraz edirdilər? Biz isə etiraz edəndə sarı vərəqə verirlər. Sevinməyə belə icazə vermirlər. "Neftçi" ilə oyunda qapımıza vurulan qol epizodunun əvvəlini VAR göstərmir. Niyə? +18 görüntüdür? Avropada fərqli, çempionatda fərqli oyun idarə edirlər. Bəli, narazıyam. Hakimlər də inkişaf etməlidir.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved