Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki" – Rəşad Sadıqov
    16.12.2023 20:56:38

    "Gərgin matçın şahidi olduq. Qoldan sonra oyunun gedişatı dəyişdi. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra üstünlük bizim tərəfə keçdi. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Bərabər səviyyəli oyun gedirdi. Qol vuran qalib gələcəkdi. Artıq bu oyun geridə qaldı, növbəti matça hazırlaşacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XVII turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını cavablandırıb.

    – Qarşıda "Zirə"ni "Turan Tovuz"a qarşı kubok matçı gözləyir. Qısa müddətdə eyni rəqiblə 2 oyun keçirmək çətin olmayacaq?
    – Qısa müddətdə eyni rəqiblə oynamaq heç bir komandaya xoş deyil. Kubokda ən çətin rəqib bizə və "Kəpəz"ə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi yüksək olacaq. Ancaq biz oyuna köklənəcəyik. "Turan Tovuz" səfərdə daha yaxşı oynayır. Hər hansı üstünlüyümüz olmayacaq.

    – Qismət Alıyev və Kamal Bayramovla oyundan sonra nə söhbət etdiniz?
    – Hər ikisi təcrübəli futbolçudur. Onların meydandakı davranışı bu yerə gəlib çıxmamalıdr. 

    – Qismətə hansısa cəza tətbiq ediləcək?
    – Xeyr. Cəzalıq bir şey olmadı. Bir-birinə əl-qol atsaydılar, cəza verə bilərdik.

    – Vladislav Kulaçın start heyətində meydana çıxmamasının səbəbi nə idi?
    – Həftəiçi planımız onu əsas heyətdə oynatmaq idi. Sadəcə, məşqlərin birində zədələndi. Buna görə də az oynadı.

    – Qışda hansı mövqeyə transferlər edəcəksiniz?
    – Hücum xəttinə mütləq şəkildə transfer etməliyik. Başqa mövqeləri də gücləndirə bilərik.

    – Deyirlər ki, komandaya müdafiə futbolu oynadırsınız. Bu fikirlərə münasibətiniz necədir?
    – Mən müdafiə futbolu oynatmıram. Ola bilər ki, "Sabah" və ya "Qarabağ"a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda müdafiə futbolu oynamamışıq. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Oyun 1-2 epizodla şərh olunmamalıdır. Mən nəticəyə hesablanmış futbol oynatmıram. Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur. İlk dəfədir ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynadıq. Bu da rəqibə uyğun idi. İstəyərəm ki, epizodları təhılil edək, statistikaya baxaq. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Meydanda heyətimiz də hücumameyilli olub. Bu fikir bilirsiniz haradan yaranıb? 1-ci yerdə gedirik deyə, daha baxımlı oyun gözləyirlər. Biz buna hazır deyilik. "Qarabağ", "Sabah"la hücum futbolu oynaya bilmərik. Mən müdafiə futbolu oynasaydım, indi 8 yox, 3 qol buraxardıq. Qapıçılarımız, müdafiəçilərimiz etibarlı oynayır.

    – Fuad Bayramovun az şans qazanmasının səbəbi nədir?
    – Səbəbi rəqabətdir. O mövqedə Məqsəd İsayev oynayır. O da yaxşı mövsüm keçirmişdi. Məni üzən məqamlardan biridir. İstəyirəm ki, Fuada daha çox şans verim.

    – Rəqiblərlə xal fərqinin azalması komandada gərginlik yaratmayacaq?
    – Normaldır. Yarış gedir. 4 oyundur ki, qələbə qazanmırıq. Bu gün məğlubiyyətə layiq deyildik. Yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Başımızın bəlası budur.

    – Fərid Nəbiyevi komandanızda görmək istəyərsiniz?
    – Fərid yaxşı futbolçudur. Hər məşqçi komandasında onu görmək istəyər. Gənc futbolçudur. Yaxşı oynayanda hamımız sevinirik.

    – Kenni Sayefin transferi gözlənilir?
    – Bizim transfer siyahımızda yoxdur.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved