Futbol üzrə Niderland I divizionunda XIX turun oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Utrext”in 2-ci komandası ilə qarşılaşıb. 7 qolun qeydə alındığı matç futbolçumuzun komandasının qələbəsiylə bitib – 5:2.
Ozan Kökçü də bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb. O, 90+3-cü dəqiqədə fərqlənməklə matçın yekun nəticəsini rəsmiləşdirib. Ozan bu görüşdə 2 qolun məhsuldar ötürmə müəllifi də olub.
Qeyd edək ki, “Eyndhoven” hazırda 29 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

