PFL əməkdaşlarının qəzaya düşdüyü avtomobilin görüntüsü yayılıb.
Prosport.Az-ın xəbərinə görə, çəkilən videoda avtomobilin ön hissəsinin tamamilə yararsız hala düşməsi görünür.
Həmçinin, digər videoda Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin PFL-in prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyevi avtomobildən çıxarmağa çalışması görünür.
Xatırladaq ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonunun Birinci Dördyol qəsəbəsi ərasizində PFL əməkdaşlarının olduğu "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən qəzaya uğrayıb. Rəsul Qafarlının sürdüyü avtomobildə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezidenti Aslan Şahgəldiyev, texniki direktoru Elgiz Abbasov, icraçı direktoru Zaur Hacı-Məhərrəmov və mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev olub. İlk 2 şəxsdə sınıq olduğundan, Türkiyəyə əməliyyat üçün göndəriləcək.

