Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində “Neftçi”nin 3 futbolçusu zədəlidir.
Prosport.Az xəbər verir ki, bunlar xorvat qapıçı İvan Brkiç, yarımmüdafiəçilər Qara Qarayev və Ataa Caberdir.
İlk 2 oyunçu bir müddətdir ki, zədədən əziyyət çəkir, Ataa Caberin isə topuğunda burxulma olub. Futbolçuların hər üçü müalicələrini davam etdirir.
Qeyd edək ki, dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Neftçi” oyunu saat 20:00-da başlayacaq.

