“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Prosport.Az xəbər verir ki, klub rəhbəri dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə komandanın rəqibinin müəyyənləşməsini canlı izləyəcək.
Qeyd edək ki, H qrupunda 10 xalla 2-ci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Ukrayna). Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

