Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" üçün həyəcanlı püşkatma olacaq" – Per-Matias Höqmo
    15.12.2023 11:15:10

    "Hekken" UEFA Avropa Liqası qrup mərhələsinin sonuncu turunda Bakıda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki. İsveç təmsilçisinin baş məşqçisi Per Matias Höqmo matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – "Qarabağ"ı təbrik edirəm. Onlara qarşı oynamaq təcrübə idi. Avropa Liqasında yollarına davam edəcəklər. Onları izləməyə çalışacağam. Bu oyun bizim üçün çətin keçdi. İlk dəqiqədəki qol planlarımızı pozdu. Amma şanslarımız var idi. Sadəcə, istifadə edə bilmədik. Bizdə mövsüm bitib. Növbəti mövsümdə Avropa Konfrans Liqasında oynayacağıq. Qrupdakı 6 oyun bizim üçün təcrübə oldu. Bu təcrübədən gələn il Konfrans Liqasında istifadə edəcəyik.

    – "Hekken"in baş məşqçisi kimi sonuncu oyununuz idi. Bakıdan hansı təəssüratla ayrılırsınız?
    – 2,5 il idi ki, "Hekken"də baş məşqçi idim. İsveç çempionu olduq, oyunçular satdıq, komanda gəlir əldə etdi. "Hekken" indi daha güclüdür. Komandadan yaxşı əhval-ruhiyyə ilə ayrılıram.

    – "Qarabağ"ın baş məşqçisinin oğlu Musa Qurbanlının "Yurqorden"də oynadığını bilirsiniz? Onun haqda nə düşünürsünüz?
    – Əvvəlki klubumda oynayır. Onun oyununu izləmək həyəcanlıdır. Yanvardan başlasa, daha yaxşı təəssürat bağışlayacaq.

    – Hər iki matçda "Qarabağ"a uduzdunuz. Fərqli oyun üslubunda oynasaydınız, "Qarabağ"ı məğlub edə bilərdiniz, yoxsa istənilən halda, səviyyə fərqi imkan verməyəcəkdi?
    – İlk matçda demək olar ki, bərabər səviyyəli oyun getmişdi. Hətta penaltimiz verilməmişdi. Verilsəydi, bəlkə də başqa cür olardı. Bu gün də yaxşı oynadıq. "Qarabağ"ın beynəlxalq səviyyəli oyunçuları var. Bizdə belə futbolçular yoxdur. Bu da öz təsirini göstərir.

    – Sizcə, "Qarabağ" bundan sonrakı oyunlarda necə təəssürat bağışlaya bilər?
    – "Qarabağ"ın fərdi olaraq yaxşı oyunçuları var. Xüsusən də hücumda və mərkəzdə. "Qarabağ" daha güclü rəqiblərlə oyunlarda da qol vurub, fərq yarada bilər. Onlar üçün həyəcanlı püşkatma olacaq. Gözləyək, görək rəqib kim olacaq. "Qarabağ"ın qruplarda çox böyük təcrübəsi var. Bunu da öz oyununda göstərir.

    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved