"Neftçi" klubu futbolçusu Kenni Sayef ilə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, klub yarımmüdafiəçinin şəxsi səbəblərə görə paytaxt təmsilçisi ilə vidalaşdığını bildirib.
Qeyd edək ki, ABŞ doğumlu 29 yaşlı futbolçu ötən ilin yayından "Neftçi"də çıxış edirdi. Onun klubla hələ yarımillik müqaviləsi qalmışdı.

