“Qəbələ”nin keçmiş hücumçusu Ceyms Adeneyi Türkiyə klubundan ayrılıb.
Prosport.Az xəbər verir ki, nigeriyalı hücumçu “Tuzlaspor”da qalası olmayıb. Bu barədə “Qəbələ”nin sabiq forvardı özü instaqramda paylaşım edib.
Ceyms Adeneyi sosial şəbəkədə klublara və məşqçilər korpusuna təşəkkür edərək “Tuzlaspor”dan ayrıldığı haqda məlumat verib.
30 yaşlı hücumçu “Biliş”, “Laçi”, “Skenderbeu”da oynadıqdan sonra “Qəbələ”yə keçib və 2018-2021-ci illərdə “Qəbələ”də çıxış edib.

