“Əl-İttifaq” klubu qış transfer pəncərəsində “Mançester Yunayted”in hücumçusu Antoni Marsialı transfer edə bilər.
Prosport.Az xəbər verir ki, ərəblər bu transfer üçün qarşı tərəfə 10 milyon avro verməyə hazır olduğunu açıqlayıb.
Fransalı forvardın Mançester klubu ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqaviləsi var.
Marsial bu mövsüm “Mançester Yunayted”də 19 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

