Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mənə göstərilən vərəqələrin çoxu cərimələrə görə deyil" – Yuri Matias
    14.12.2023 13:30:34

    "Neftçi"nin futbolçusu Yuri Matiasın mətbuat konfransı keçirilib.

    Prosport.Az xəbər verir ki, braziliyalı legioner komandasının Premyer Liqadakı performansından danışıb. 

    – "Neftçi"də ən çox qolu siz vurmusunuz. Komanda yoldaşlarınıza nə məsləhət görərdiniz ki, onlar da qol vursun?
    – Müdafiəçi olaraq çalışıram ki, öz işimi yaxşı tərəfdən görüm. Qol vurmaq imkanım da olanda, bundan yararlanıram. Komanda yoldaşlarıma da heç bir məsləhət verə bilmərəm. İstəyim odur ki, onların da qol epizodu yarananda, bunu qola çevirsinlər.

    – "Qarabağ"dan 10 xal geridə qalırsınız. "Neftçi" bu mövsüm çempion olmaq üçün nə etməlidir?
    – Bəli, hazırda "Qarabağ"la xal fərqi böyükdür. Biz də dərk edirik. "Neftçi" 3-cü pillədə olmağa layiq komanda deyil. Nəyə qadir olduğumuzu bilirik. Sadəcə, hazırkı vəziyyətə görə aramızda belə fərq yaranıb. Azarkeşlərimizin narazılığını normal qarşılayıram. "Neftçi"də yeni heyət qurulub, yeni baş məşqçi, yeni futbolçular var. Elə də asan prosses deyil. Biz bunu dərk edirik. Amma bilirik ki, bundan da yaxşısını edə bilərik. Gələcəkdə azarkeşlərimizi daha çox sevindirə bilərik.

    – Mətbuatda adınız "Qarabağ"la hallanırdı. Başqa kluba keçmək planınız var, yoxsa "Neftçi" çempion olmamış bu komandanı tərk etmək istəmirsiniz?
    – Karyeram boyu hansısa klubda oynamışamsa, ən azı 3-4 il orada qalmışam. Həmin klub üçün mübarizə aparmışam. "Neftçi"yə gələndən bəri həm klub, həm komanda yoldaşlarım, həm azarkeşlər məni yaxşı qarşıladı. Bu da mənə əlavə motivasiya verir, əzmkar çalışmağa kömək edir. Ümid edirəm ki, "Neftçi" üçün mübarizə apararaq böyük nailiyyətlər əldə edəcəyəm.

    – "Neftçi"də 9 sarı vərəqə və 1 qırmızı vərəqə. Sizcə, bu çox deyil?
    – 
    Düz deyirsiniz, normal deyil. Məncə də çoxdur. Amma bu günə kimi hansısa liqada oynadıqda, reallıq o idi ki, hakimlə aramızda dialoq olurdu. Bura gəldikdən bəri belə deyil, əksini görürəm. Vərəqələrin çoxu cərimələrə görə deyil, danışığa görədir. Çempionata adaptasiya olmağa, özümü səbirli, təmkinli aparmağa çalışıram.

    – Azərbaycan Premyer Liqasında sizi başqa nə təəccübləndirir?
    – 
    Çempionatda mübarizə aparan hansısa komanda yuxarıda gedən komandalardan xal ala bilər. Hər komanda meydana qələbə üçün çıxır. İstənilən nəticəni gözləmək olar.

    – "Neftçi" azarkeşləri üçün "Qarabağ"la oyunun əhəmiyyəti başqadır. Azarkeşlərə bu prinsipial oyunda müdafiəçi olsanız belə, qol sözü verirsiniz?
    – 
    Həm klub, həm azarkeşlər üçün bu oyunun əhəmiyyətli olduğunu bilirəm. Bir dəfə "Qarabağ"a qarşı oynamışıq. Çox maraqlı oyundur. Hər bir futbolçu güclü rəqibə qarşı oynayıb, maraqlı görüşdə iştirak etmək istəyər. Bilirik ki, çətin matçdır. Buna baxmayaraq, heç kimdən çəkinmirik. Çalışacağıq ki, "Qarabağ"la matçda da yaxşı oyun göstərib, qalib gələk. Müdafiəçi olaraq, hər oyunda qol vurmaq sözü vermək çətindir. "Qarabağ"la matçda da qol vuracağıma söz verə bilmərəm. Amma onu deyə bilərəm ki, ən yaxşısını edəcəyəm, qalib gəlməyimiz üçün meydanda canımı qoyacağam.

    – "Qarabağ"ın bugünkü oyunu haqqında nə düşünürsünüz?
    – Çalışacağam ki, bu suala vicdanlı və səmimi cavab verim. İstəyirəm ki, "Qarabağ" bu gün qələbə qazansın. Çünki bu qələbə bütün ölkə üçün böyük əhəmiyyət kəsb edir. Çox yaxşı heyətə malik komandadır. Baxmayaraq ki, UEFA Avropa Liqasında mübarizə aparırlar. "Qarabağ" 2 eyni heyətə malikdir.

    – "Traktor"un formasını geyinmisiniz. Orada cəmi 1 oyuna çıxsanız da, qalib gəlmisiniz. Bu klubla "Neftçi"nin oxşar cəhətləri var? Sizcə, "Traktor" Azərbaycan çempionatında mübarizə aparsaydı, neçənci pillədə olardı?
    – 
    "Traktor"da cəmi 4 oyunun iştirakçısı olmuşam, 2-də meydana çıxmışdım. Ondan sonra çempionat dayandırıldı. Çünki koronavirus var idi. 1 ay oteldə qaldım, məşq edə bilmədim. Klubdan xahiş etdim ki, məni evə buraxsınlar, ailəmin yanına gedim. Vəziyyətin neçə müddət belə davam edəcəyi bilinmirdi. Çempionatın nə vaxt başlayacağı bilinmirdi deyə, Braziliyada qaldım və sonradan "Traktor"la yollarımız ayrıldı. Qısa müddət olsa da, İranda yaşamaq, orada oynamaq mənim üçün böyük təcrübə idi. Yeni mədəniyyətlə tanış oldum. İnsanların bənzərlikləri çoxdur. "Traktor"un yaxşı azarkeşləri var. Burada da yaxşı azarkeşlər var. Təkcə "Traktor" yox, İranda güclü klublar var və Azərbaycanda çıxış etsələr, çempionluq uğrunda mübarizə apararlar. Onlar Asiya Çempionlar Liqasında da yaxşı çıxış edir. 

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved