Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    “Oyunçularımı məhz bu məqamla bağlı tənqid edirəm” – “Xəzri”nin baş məşqçisi
    14.12.2023 12:27:14

    “Çempion olmaq istəyiriksə, bütün məqamlarda diqqətli olmalıyıq”.

    Prosport.Az xəbər verir ki, bunu “Xəzri” basketbol klubunun baş məşqçisi Murat Dikmən deyib.

    Türkiyəli mütəxəssis “Sərhədçi”ni 117:100 hesabı ilə məğlub etdikləri Azərbaycan Basketbol Liqasının VIII turunun oyunu barədə klubun mətbuat xidmətinə fikirlərini bildirib.

    O, ilk hissədə oyuna yaxşı qoşulmadıqlarını etiraf edib: “Ən böyük özəlliyimiz matçlara yaxşı başlamaqdır. Amma son 2-3 görüşdür ki, ilk dəqiqələrdən motivasiyamız əskik olur. Səbəbini özüm də tapa bilməmişəm. 3-cü və 4-cü periodda fərqli oynadıq. Rəqiblərə hörmətlə yanaşıram. Amma 40 dəqiqə zona müdafiəsi oynayan komandaya qarşı çıxış etmək basketbolun gözəlliyi deyil. Ötən oyunda da belə olmuşdu, bu dəfə də eyni formada alındı. Doğrudur, basketbolda hansısa taktika düşünülməlidir. Amma zona müdafiəsini uzun müddət tətbiq etmək olmaz. Belədə basketbol azarkeş üçün zövqverici olmur. Hər halda, bunların hamısı basketbolun bir parçasıdır, hər şeyə hazır olmalıyıq. Nəticədə ardıcıl 4-cü, liqada isə 7-ci qələbəni qazandıq. “Sabah”la qarşıdakı matça daha yaxşı hazırlaşacağıq”.

    Baş məşqçi oyunçularından razı qalmadığını söyləyib: "Bu oyuna qədər çempionatda rəqibə ən az atış şansı verən komanda idik. Amma “Sərhədçi” ilə matçda rəqibin çox xal qazanması bizə yaraşmadı. Oyunçularımı məhz bu məqamla bağlı ayrıca tənqid edirəm”.

    Murat Dikmən yeni transferləri də dəyərləndirib: “Onlar bazar ertəsi 1 saatlıq məşqə çıxdı. Dünən isə taktiki məşqlərə qatıldılar. Bu mənada hələ ki komandanın ümumi fəlsəfəsini çox bilmirlər. Amma Obri çox yaxşı müdafiəçidir. Qısa müddətdə 3 dəfə top “oğurladı”. Makol isə qüvvətsiz kimi görünsə də, atletikdir. Ondan da çox faydalanacağıq. Onların zamana ehtiyacı var. Bundan sonra liqanı ilk “4-lük”də bitirib, daha sonra pley-offa çıxaraq finalda oynamaq və çempion olmaq istəyirik. İlk gündən bunu deyirəm. Ümidvaram ki, bunu bacaracağıq”.

    Qeyd edək ki, “Xəzri” 8 turdan sonra 15 xalla Azərbaycan Basketbol Liqasına başçılıq edir.

    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Top oyunları

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Top oyunları

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Top oyunları

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14
    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved