Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Millimizin sabiq baş məşqçisi: "Azərbaycanda MÜBARİZƏ APARDIM Kİ..."
    9.03.2023 15:12:11

    Azərbaycanın U-21 yığma komandasının sabiq baş məşqçisi Milan Obradoviçin apasport.az saytına müsahibəsi 

    - İşləriniz necə gedir? Azərbaycandan ayrıldıqdan sonra haradasa çalışırsız?
    - İşlərim yaxşıdır. Demək olar ki, hər gün evdəyəm. Çünki ailəmdən uzaq olurdum, onlardan ötrü çox darıxmışdım. Vaxtımı yaxınlarımla keçirirəm. Futbolda hörmətlə yanaşdığım insanlarla danışıram, ünsiyyətdəyəm, necə işlədiklərini izləyirəm. Müasir futbolda hansı dəyişikliklər baş verir, hansı trendlər olduğuna baxıram. İldən-ilə dəyişən futbolda özümü daha da yaxşılaşdırmağa çalışıram. Təkliflərim var idi. Bir neçə yerdən dəvət almışdım. Amma bəzi məsələlərə görə alınmadı. Azərbaycanda işlədiyim dönəmdə plan, proqram var idi. Hər yerdə də, belə olmalıdır. Hara gəldi gedib işləmək mənlik deyil. Ona görə də, gələn təklifləri geri çevirdim. Digər təkliflər barədə isə heç danışmaq istəməzdim.

    - Bəlkə, Azərbaycandakı işiniz o qədər ağır alındı ki, istirahətə ehtiyacınız var?
    - Mən Azərbaycana gələndə, müqavilə imzalayanda asan olmayacağını onsuz da bilirdim. Amma orada çalışmaq mənim üçün böyük çağırış idi. İşini sevməkdən, öyrətməkdən, bildiklərini paylaşmaqdan çox şey asılıdır. Heç bir ağırlıq yox idi. Futbolçu kimi ölkə xaricində 15-20 il oynamışam. Ona görə də, hər hansı çətinlikdən söhbət gedə bilməz. Sadəcə işlədiyim dönəmdə Avropada işləyən məşqçilərlə danışmağa vaxtım az olurdu. Çünki hər zaman Azərbaycandaydım, işimin məsuliyyətini dərk edirdim. İstirahət məsələsinə gəlincə, sadəcə evdəkilərlə daha çox vaxt keçirirəm. Bu da lazımdır. Çünki enerjinin mənbəyi ailədən gəlir.

    - Bir ara Azərbaycana geri qayıdacağınız, hətta “Səbail”i çalışdıracağınız xəbərləri dolaşırdı. Niyə alınmadı?
    - Azərbaycana qayıtmağımla bağlı məsələ var idi. Hörmət əlaməti olaraq, komanda adını demək istəmirəm. Bəli, söhbətimiz olmuşdu. Necə olacağını zaman göstərəcək. Şərtlər qaydasında olarsa, məmnuniyyətlə qayıtmağa hər zaman hazıram. U-21 yığmasında işlədiyim dövrdə çətin period idisə, indi daha çətindir. Çünki limit yoxdur. Komandada işləmək başqadır. İstənilən halda, nəticə önəmlidir. Düzdür, təcrübəli oyunçular lazımdır. Amma gənc futbolçular gələcək deməkdir. Ona görə də, mən gənc və təcrübəli oyunçulardan ibarət “miks”i sevirəm. Dediyim kimi, şərtlər komandanı və məni razı salarsa, Azərbaycan futboluna qayıtmaq istəyərəm. Hər zaman da, buna hazıram.

    - Bakıda hansı klub rəsmiləri ilə görüşünüz oldu?
    - Bəli, Bakıya qayıtmışdım. Öncə 4 il birlikdə çalışdığım insanlarla görüşdüm. Məşqçilər korpusu, adminstrator, menecer və digər insanlarla üz-üzə gəldik. Həqiqətən də, görüşümüz çox xoş oldu. Münasibətlərimiz olan adamlarla da görüşümüz var idi. Çünki hər zaman ünsiyyət qalmalıdır. Dünya çempionatı da davam edirdi, müxtəlif mövzularda Bakıdakı tanıdıqlarımla danışmaq çox maraqlı idi. 

    - U-21 yığmasına sizdən sonra Samir Əliyev təyin edildi. Sizcə, nəticələr daha yaxşı ola bilər?
    - Samir Əliyevi yaxşı tanıyıram. Uzun müddətdir ki, onunla tanışam. Çünki məşqçi lisenziyasını alanda da birlikdə oxumuşuq. Ona uğurlar, şans arzulayıram. Çünki futbolçuların daim sağlam olması çox önəmlidir. Ümid edirəm ki, hər toplanışda o, ən yaxşı oyunçularını toplaya biləcək. Təəssüf ki, bu, məndə heç vaxt alınmırdı. Samir Əliyevə isə bunun həyata keçməsini arzulayıram. Şadam ki, gənclər A milli komandaya dəvət alırdı. Bu, çox xoş idi. Digər tərəfdən isə onlar yığmaya gedirdi, oynamırdı, sadəcə tribunada otururdu. Amma U-21-də oynayaraq təcrübə qazana bilərdilər. Samirin komandasında belə məsələlərin olmasını arzulamıram. O, ağıllı oğlandır, özü də bilir ki, asan olmayacaq. Orada olduğum müddətdə mübarizə apardım ki, U-21 limiti aradan qaldırılmasın. Əksinə, artırılıb, iki olmasını istəyirdim. Bunu, elə-belə demirdim. Məni çoxları müzakirə etdi, əksəriyyəti isə dəstəkləmədi. Təəssüf ki, səsimi eşitmədilər. Məncə, U-21 limitinin aradan qaldırılması öz təsirini göstərəcək. Fikrimcə, bu olmazsa, harasa gedə bilmərik. Çünki gənclər oynamalıdır. Kimisə deyirdi ki, daha çox legioner lazımdır. Təcrübəlilər, legioner də lazımdır, bəs sabahımız? Baş məşqçiləri, komandaları çox yaxşı başa düşürəm. Çünki onlar nəticə qazanmaq, avrokuboklara düşmək istəyirlər. Amma əminəm ki, bunu yerli oyunçularla, yerli gənclərlə də etmək mümkündür. Hər halda, “Sumqayıt” nümunəsi var. “Neftçi”də də gənclər var, “Qarabağ”da da. Amma bütün bunlar hamısı mənim fikrimdir. 

    - Azərbaycan futbolunun gələcəyini necə görürsünüz? Sizcə, nəyə görə uğurlu nəticələr qazana bilmirik?
    - Bizim 4 illik strategiyamız var idi. İldən-ilə işləyirdik, qarşıdakı bir və iki ili düşünürdük. Oyunçuları hazırlayırdıq. İşlək vəziyyətdə olan sistemdəydik. Hazırda millilər var ki, gənclər orada aparıcı oyunçulardır. Ancaq heç kim keçmişə baxmır ki, bir neçə il əvvəl orada nəticələr necə idi? Sistemi qurub, sadəcə gözlədilər. 8-10 il keçdi və yeni nəsil çıxdı. Bunlar hamısı fantaziya deyil, sadəcə sistemdir. Onu da, inkişaf etdirmək lazımdır. Bunu da hamı anlayır. Əminəm ki, komandanı dediyim kimi qurmaq, inkişaf etdirmək olar. Slovakiyanı, Ukraynanı udmuşduq. Fransa və İsveçrəyə qarşı yaxşı oynamışdıq. Bu ölkələrdə bizdən hamı danışırdı. Demək ki, sistem varsa, mümkündür. Ancaq bir heyətlə oynaya bilmirdik. Çünki yavaş-yavaş yaxşı nəticə edirdik, onda da 3-4 futbolçumuz əsas milliyə gedirdi. Orada da oynamırdı. Razılaşın ki, belədə, çətindir. Deməyim odur ki, sistemi qurmaq vacibdir. Mən də, öz sistemimə inanıram. 

    - Azərbaycan yığmasında işləyəndə nələri etmək istəyirdiz və edə bilmədiniz? 
    - Plan və proqramım var idi. Ona uyğun da hərəkət edirdim. Nəyisə, sadəcə olsun deyə, etmirdim. Analizlər aparıb həyata keçirirdik. Təəssüf ki, bəzi oyunçular zədə aldı, oynaya bilmədi. Bir də, təəssüfedici məqam, eyni heyətlə məsələn, yarım il oynaya bilməməyimiz idi. Fransanın əsas millisindən U-21 yığmasına Matteo Günduzi kimi oyunçu gəlirdi. İndi o cür futbolçular harada oynayır? “Barselona”, “Bavariya”, “Mançester Yunayted”... Onların özü üçün əsas millidən U-21 yığmasına yollanıb, orada oynamaq xoş olmayan hadisə deyil. Burada utanacaq bir şey də yoxdur. Mənim üçün bu, hər zaman ağrılı idi. Zamanı geri qaytara bilsəydim, başqa nə edə bilərdim? Bizdə onsuz da hər şey proqramlaşdırılmış və planlaşdırılmış səviyyədə gedirdi. Dərin analizlər etmişdik. Amma Azərbaycan yığmasında çalışdığıma görə çox şadam. Dörd il həyatımı Bakıda keçirmişəm. Buna görə fəxr edirəm. Bəlkə də, heç vaxt qayıtmayacam, önəmli deyil, amma Azərbaycanda işləmək və yaşamaq mənə çox xoş idi. Əgər özümü evdəki kimi hiss etməsəydim, orada bir gün də qalmazdım. Azərbaycana pul arxasınca yollanmamışdım, pul arxasınca qaçan olsaydım, dörd il Çində, Səudiyyə Ərəbistanında işləyərdim. Komandada ürəklə işləyirdim, orada sevərək bildiyimi ortaya qoyurdum. Soruşsanız ki, “Azərbaycan futbolunun gələcəyi var?”, sizə 1000 dəfə də “bəli, var” deyərəm. Demirəm ki, ən ağıllı adam mənəm. Xeyr. Sadəcə mən olsaydım, U-21 limitini iki oyunçuya yüksəldərdim, akademiyaları inkişaf etdirərdim. Ən əsası inamın geri qayıtmasıdır. Ümidvaram ki, bu da baş verəcək. Azərbaycan futbolunun gələcəyi 100 faiz var.

    Futbol

    "Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı

    29.09.2026 13:48:30
    Futbol

    Prezident İlham Əliyev İnfantino ilə görüşdü - FOTOLAR

    29.09.2026 12:59:36
    Futbol

    Azərbaycan – Lixtenşteyn matçı avstriyalı hakimlərə tapşırıldı

    29.09.2026 12:43:47
    Futbol

    "Qarabağ"ın legioneri millinin düşərgəsində zədələndi

    29.09.2026 12:14:50
    Futbol

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11
    Futbol

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" - "Neftçi" oyununun vaxtı açıqlandı

    29.09.2026 13:48:30

    Bakı klubu 3 transferi birdən açıqladı

    29.09.2026 13:24:59

    Prezident İlham Əliyev İnfantino ilə görüşdü - FOTOLAR

    29.09.2026 12:59:36

    Azərbaycan – Lixtenşteyn matçı avstriyalı hakimlərə tapşırıldı

    29.09.2026 12:43:47

    "Qarabağ"ın legioneri millinin düşərgəsində zədələndi

    29.09.2026 12:14:50

    FIFA AFFA-ya 10 milyon ayıracaq?

    29.09.2026 11:42:11

    "Xankəndi"nin yeni baş məşqçisi bilindi

    29.09.2026 11:11:04

    "Qalatasaray"ın sabiq baş məşqçisi Azərbaycan millisində

    29.09.2026 10:53:29

    Qadın basketbolçulardan ibarət millimizdə yunanıstanlı baş məşqçi

    29.09.2026 10:24:50

    Türkiyə klubu Nəriman Axundzadədən imtina edir

    29.09.2026 10:00:46

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved