AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.
Prosport.Az xəbər verir ki, U-10 liqasında yer alan “Xətai” və U-11 liqasında mübarizə aparan “Qoşqar” mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıb.
“Xətai” “Zirə” ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi “Qoşqar”ın isə “Gəncəvi” ilə qarşılaşmada heyətində yetərsay olmayıb.
Bundan başqa, daha 2 komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında keçirilməli olan “Binə” – “Zəngəzur” oyununda ikincilərin heyətində yetərsay olmayıb. Mövsümdə 2-ci dəfə bu hal yaşandığından, “Zəngəzur”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Yüksək Qızlar Liqasının “Sumqayıt” – “Şəmkir” oyununda isə “Şəmkir” əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, “Şəmkir”in texniki məğlubiyyət alması ilə nəticələnib.

