Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "I və II Liqada da danışılmış oyunlara əsaslı şübhələr var" – Seymur Səlimli
    12.12.2023 17:55:40

    I Liqada çıxış edən və autsayder olan "Difai" (Ağsu) komandasının son matçlarının danışılmış oyunlara şübhə açdığı üçün nəzarətə götürüldüyünü xəbər vermişdik.

    Prosport.Az UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimlidən müsahibə götürüb.

    – Bizdə olan məlumata görə, I Liqada "Difai"nin bəzi oyunları barədə araşdırılma başlanılıb...
    – Klub və konkret oyun barədə fikir bildirməyəcəyəm. Çünki sizdə olan xəbərlə əsl həqiqət fərqli ola bilər. Amma ümumi olaraq bəzi oyunlarda müəyyən şübhələr var və bunlar nəzarətə götürülüb.

    – "Difai"nin "İrəvan" və "Zaqatala" ilə oyunlarında son dəqiqələrdə top buraxıb uduzması, rəqibin azlıqda olmasına baxmayaraq, bunun olması, komandanın kapitanının avtoqolu, qapıçının kobud səhvləri əsaslı şübhə sayılırmı?
    – Yenə deyirəm. Nəinki bunlar, digər hallar da nəzarətdədir. Hər hansısa şübhə və ya nəticəsi öncədən müəyyənləşdirilmiş oyuna dair siqnal varsa, tərəfimizdən nəzarətə götürülür. Deməzdim ki, bu dəqiqə konkret nəticələr var, ancaq bu barədə iş görülür. Harda şübhə varsa, incələnir və ondan sonra digər prosedurlar həyata keçirilir.

    – Yəqin ki, II Liqada da bu tip oyunlar var...
    – Ümumən, bəli. I və II Liqada da danışılmış oyunlara əsaslı şübhələr var.

    – Premyer Liqa və I Liqa peşəkar, II Liqa yarımpeşəkar, Region Liqası həvəskar statusludur. Region Liqasında da bu cür oyunlar nəzarətə götürülür, yoxsa həvəskar statuslu olduğundan, orada buna ehtiyac duyulmur?
    – Manipulyasiya deyildikdə, təkcə həmin oyunların kontorda olub-olması ilə ölçülmür. Turnir cədvəlindəki yerə görə də manipulyasiya da etmək mümkündür. Nəinki Region Liqasında, hətta aşağı yaş qruplarından ibarət komandalarda belə hal aşkarlanarsa, nəzarətə götürülür. Ancaq onu da deyim ki, əsasən Region Liqası həvəskar statuslu turnir olduğundan, kontoru yoxdur və deyilən məqamlardan uzaqdır.

    – Danışılmış oyunlara əsaslı şübhələrin üzə çıxmasında medianın rolu sizin üçün nə dərəcədə var?
    – Medianın dəstəyinə hər zaman ehtiyacımız var. Çünki orada yazılan hər bir məqamı diqqətdə saxlayırıq. Sözsüz ki, hər yerdə olduğu kimi, mediada da doğru olmayan məlumatlar ola bilər. Onu da incələmək bizim işimizdir.

    – Oktyabrda "Difai" klubunun rəhbərliyi də daxil olmaqla, bütün üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçmisiniz. Bu kimi klublarda mühazirələr oxumağınızı UEFA müəyyənləşdirir, yoxsa bu şəxsən sizin özünüz tərəfindən təşəbbüs olaraq atılır?
    – Yox, burada UEFA-lıq bir şey yoxdur. Komandanın uyğun saatı nəzərə alınaraq bu seminarlar təyin olunur. Maarifləndirmə üçün bu kimi görüşlərin maksimum olmasına çalışırıq. Bu məsələlər klubların PFL ilə müqavilələrində də var, bu barədə xüsusi bəyannamələr də imzalayıblar.

    Səbuhi Musa

    Futbol

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22
    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Müsahibə

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved