Futbol üzrə Türkiyə Qadınlar Liqasında XIII turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Əsra Manyanın formasını geyindiyi "Beşiktaş" səfərdə "Fomqet"in qonağı olub. Qarşılaşma "qara qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Əsra Manya da bu görüşün iştirakçısı olub. Millimizin üzvü komandasının qələbə qolunu vurub.
Xallarını 23-ə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Fomqet"i Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov çalışdırır.

