Türkiyədə klub prezidentinin döydüyü hakim Halil Umut Meler karyerasını bitirib.
Prosport.Az xəbər verir ki, bu barədə referi özü xəstəxanaya ziyarətinə gedənlərə məlumat verib.
Onun “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığı bildirilir. Türkiyə Super Liqasının oyunlarına təyinat alan digər referilər də ümumi açıqlama verərək, Halil Umut Melerlə görüşdükdən sonra gələcək karyeralarına aydınlıq gətirəcəklərini bildiriblər.
Super Liqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt klubunun prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.

