Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qalan oyunları birtəhər yola verməliyik" – Şahin Diniyev
    11.12.2023 13:06:30

    "Oyun haqda geniş danışmaq istəmirəm. Hər bir komponentdə “Sabah”a uduzduq. Komanda meydana çıxanda sanki artıq hazır deyildi, qorxurdu. Durum o yerdədir ki, qalan oyunları birtəhər yola verməliyik. “Turan Tovuz”la matçdan sonra böyük problemlərimiz var. Oyunçu qıtlığını deyirəm. Artıq 3-cü oyunçumuz əməliyyata yollanacaq. Rotasiya üçün böyük heyətimiz yoxdur. Problemlərimiz çoxdur. David Qomis də olmayacaq. 2 oyunu başa vurmalıyıq. Yəqin ki, transferlər edəcəyik. 16 turda ilk dəfə idi ki, ilk hissəni belə keçirirdik. Heç vaxt belə olmamışdı. Komandadan, nəticədən və oyunumuzdan narazıyam. Futboldur da, dünyanın axırı deyil ki. Hər komandada eniş olur. Bizdə də həmin eniş gedir. 2 oyunu uğurla başa vurmaq istəyirik. 4-5-ci yerlərdəyik. Artıq ehtiyatımız qalmayıb. İtkilərə baxmayaraq, qarşıdakı 2 oyuna və kubok matçına hazırlaşmalıyıq".

    Prosport.Az xəbər verr ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XVI turun "Sabah"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb:

    –  Komandanın belə duruma düşəcəyini ehtimal edirdiniz?
    – “Turan Tovuz”la matçdan sonra itkilərimiz var. Rotasiya üçün oyunçumuz yoxdur. 2 Qomis, 2 Pedru Nunu, 2 Aleksandr Ramalinqomumuz yoxdur. Gözləyirdim ki, nə vaxtsa komanda enişə gedəcək. Çox çətin durumdayıq. Dünyanın axırı deyil. Bütün bunlara baxmayaraq, biz heç nədən əl çəkmirik. Həmişə sözümü tutan adam olmuşam. Yanvardan sonra daha yaxşı “Səbail” görəcəksiniz. Sadəcə çempionatın son 2 oyununu uğurlu başa vurmalıyıq ki, yanvardan sonra həmin yerdə qalaq. Fasilədən sonra yaxşı yerlərə gedib çıxacağıq.

    –  Yeni transferlər axtarışlarına başlamısınız? Danışıqlar var?
    – Var. İndiki halda çox çətindir yaxşı futbolçu tapmaq. Seleksiya şöbəsi var, hər gün 3-4 oyunçuya baxırıq. Bizə uyğun oyunçu olmalıdır. Bu gün 2-3 mövqeyə futbolçu axtaracağıq ki, səhv etməməliyik. 2 oyunçu götürüb, 1-də səhv edəcəyiksə... 20-30% itki deyil, amma 50% böyük itkidir. David Qomisin sıradan çıxması transfer məsələlərini daha da aktivləşdirməyimizə səbəb olacaq. Çalışacağıq ki, ən yaxşılarını seçək.

    –  Paltardəyişmə otağında futbolçularla danışığınız daha çox çəkdi. İradlarınız var idi, yoxsa oyunçuları motivasiya edirdiniz?
    – Hər ikisi var idi. Dünyanın bütün liqalarında hər komanda 5-6 turluq enişə gedir. Hansı komandanın ehtiyat skamyası genişdirsə, enişdən minimum itki ilə çıxacaq. Futbolçulara sakitləşmələrini xahiş etdim. Qış fasiləsinə çempionatda maksimum 2 oyunumuz qalıb. Ona hazırlaşmalıyıq. Bu oyunları yüksək səviyyədə keçirməliyik ki, məğlubiyyət unudulsun. Bu məğlubiyyət də unudulacaq. Dözməli və səbir etməliyik. Təzyiqlərə tab gəlməliyik. Təcrübəmiz, təmkinimiz çatacaq ki, bu 3 oyunu yaxşı nəticə ilə keçirək. Dedimsə, demək belə olacaq.

    – David Qomisin durumu hansı yerdədir?
    – İlkin məlumat odur ki, çarpaz bağları qopub. Amma sabah MRT müayinəsindən sonra dəqiq bilinəcək.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved