AFFA U-15 Liqasının XV turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir” – “Neftçi” qarşılaşmasının 37-ci dəqiqəsində “Neftçi”nin qapıçısı Nurəziz Əzizov rəqib komandanın hücumçusu ilə cərimə meydançası daxilində toqquşub.
Prosport.Az xəbər verir ki, qarın boşluğundan bərk zərbə alan “Neftçi”nin futbolçusu həkimin göstərişi ilə əvəz olunub.
Yolda simptomları üzə çıxan futbolçu Kürdəmir Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada edilən müayinələrdən sonra futbolçuya dalağın partlaması diaqnozu qoyulub. Həkimin verdiyi məlumatı əsasən uğurlu əməliyyat keçirən Nurəziz Əzizov hazırda həkimin nəzarəti altında müalicəsini davam etdirir.

