Millimizin və Tailandın "Buriram Yunayted" klubunun futbolçusu Ramil Şeydayev cəzalandırılıb.
Prosport.Az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının qrup mərhələsində "Çyoçyan" komandası ilə görüşdən sonra kütləvi davada iştirak edib. Bundan sonra futbolçu İnstaqram hesabında davanı davam etdirmək üçün ona rəqibin ünvan göndərməli olduğuna dair paylaşım edib.
Bütün bunlar nəzərə alınaraq futbolçumuza 8 oyunluq cəza verilib. Bundan başqa, "Buriram Yunayted"in daha 2 futbolçusu – Leon Ceyms və Çitipat Tanklanq 6 oyunluq cəzalandırılıb. Hər 3 futbolçu dekabrın 12-də Yaponiyanın "Kofu" komandası ilə görüşdə meydanda ola bilməyəcək.
Qeyd edək ki, həmin görüşdə Çin klubu 3:2 hesabı ilə qalib gəlib. Hər iki komanda H qrupunda 5 turdan sonra 6 xala malikdir.

