Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyunçum haqda belə danışılanda, buna cavab vermək istəmirəm" – Adrian Mutu
    10.12.2023 21:37:33

    “Neftçi” PFK-nın baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının “Turan Tovuz” klubu ilə XVl tur oyunundan () sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az rumın məşqçinin konfransda səsləndirdiyi fikirləri təqdim edir:

    "Öncə "Neftçi"nin U-15 komandasının qapıçısına dəstək göstərmək istəyirəm. Ona tezliklə meydanlara qayıtmasını arzulayıram. Oyun haqda onu deyə bilərəm ki, ağır, çətin oyun idi, aqressiv rəqibə qarşı oynayırdıq. Amma komandam xarakter göstərdi, meydanda oyuna çox yaxşı yanaşdılar və qalib gəldik. Bu gün komanda şəklində qalib gəlməyi bacardıq. Bu mənim üçün çox vacibdir. Qapımızda 2 asan qol buraxdıq. Diqqətli olmalıydıq. Amma komandamın buna cavabı çox yaxşı oldu. Bəyəndim. Onlar göstərdilər ki, qalib gəlmək istəyi var. Oyunda hər zaman hesabda irəli olan tərəf biz idik. Sevindirici amil odur ki, oyunçularım son dəqiqələri yaxşı idarə etdilər". 

    – Aaron Olanare boksçuya oxşayır, fiziki cəhətdən çatdırmır. Bu futbolçu haqda fikriniz necədir?
    – Mənim üçün aydın olan odur ki, Olanareni bəyənmirsiniz. Amma bu gün o olmasaydı, hesab 2:2 bitərdi. Taktika, oyun haqda yaxşı yanaşıram. Amma oyunçum haqda belə danışılanda, buna cavab vermək istəmirəm.

    – Kenni Sayefin qışda ayrılacağı deyilir. Doğrudur?
    – Oyuna sonradan qoşulanların hamısı yaxşı idi. Sayef də verilən tapşırıqları yaxşı yerinə yetirdi. "Zirə" ilə oyunda da sonradan meydana daxil olanlar yaxşı oynadı. Oyunda qələbəni komanda şəklində xarakter göstərərək qalib gəlmək olur. Sayefin təkliflərinə gəlincə, bu barədə məlumatım yoxdur.

    – Turnir cədvəlində 3-cü pilləyə yüksəlirsiniz. "Qarabağ"la derbi öncəsi bu, komandaya nə dərəcədə motivasiya verəcək? Komandanın qış fasiləsinə "3-lük"də yollanmaq perspektivini necə görürsünüz?
    – İstəyirik ki, yuxarılarda qərarlaşaq. Nəinki 3-ncü pillə, daha da yüksəklərə qalxmaq niyyətindəyik. Sezonun yarısı bitir. Çox qəribə keçdi. Bəzi oyunlarda, bəzi məqamlarda bizim də səhvimiz, günahımız var. Elə oyunlar da olub ki, bəxtimiz gətirməyib. Bütün bu baş verənlərdən nəticə çıxarmalıyıq. Bacardığımız qədər sona qədər yuxarılarda məskunlaşmalıyıq. Bu qələbədən sonra əhvalımız yüksək səviyyədədir. "Qarabağ"a qarşı çətin olacaq. Çalışacağıq ki, həmin derbidə qalib gələk.

    – "Qarabağ" "Hekken"lə matçdan sonra yəqin ki, yorğun olacaq. Bu sizə köməkdir?
    – "Qarabağ" bizimlə ilk oyuna da UEFA Avropa Liqasının matçından sonra çıxmışdı. Onlar 2 heyətə malikdir. Bizimlə matça 6 dəyişikliklə gəlmişdilər. Bu mənada hansısa problemləri olacağını düşünmürəm.

    – "Qarabağ" – "Hekken" matçını stadiondan canlı izləyəcəksiniz?
    – Oyuna köməkçilərim gedəcək.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved