Azərbaycan Basketbol Liqasında XII tura yekun vurulub.
Prosport.Az-ın məlumatına görə, son matçda "Şəki" öz meydanında "Sabah"ı qəbul edib.
Qarşılaşma liderlər qrupunda yer alan paytaxt təmsilçisinin 101:76 hesablı qələbəsi ilə yekunlaşıb. "Şəki"dən Simeus Vebster (18 xal, 5 ribaund), "Sabah"dan Desmond Kembric (17 xal, 4 ribaund) oyunun ən məhsuldar basketbolçusu olub.
"Sabah" bu qələbədən sonra xallarının sayını 13-ə çatdırıb və liderliyə yüksəlib. Bütün oyunlarda uduzan "Şəki" isə 7 xalla sonuncu – 10-cu yerdədir.

