Azərbaycan Basketbol Liqasında mübarizə aparan "Xəzri" heyətini 2 yeni legionerlə gücləndirib.
Klubdan Prosport.Az-a a verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ-dan olan Obri MakAlpayn və Makol Mavinlə anlaşıb.
34 yaşlı, 1.96 metr boya malik Obri MakAlpayn son olaraq Gürcüstanın "Olimpi" klubunda çıxış edib. 27 yaşlı Makol Mavin isə 2.08 metr boya malikdir və son olaraq "Sabah"ın avrokubokda rəqibi olmuş Monteneqronun "Mornar" klubunda çıxış edib.
Hər iki basketbolçu ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
"Xəzri" həmçinin, Kobi Consonu yola salıb. 25 yaşlı amerikalı oyunçu ilə qarşılıqlı anlaşma əsasında yollar ayrılıb.

