Niderland l divizionunda XVlll turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" öz meydanında "Emen"i qəbul edib və 3:2 hesablı qələbə qazanıb.
Ozan Can matça start heyətdə başlayıb və sona qədər meydanda olub. O, bu görüşdə dubl etməklə komandasına qələbə qazandırıb. Yarımmüdafiəçi 20-ci dəqiqədə komandasının 1-ci və 90+3-cü dəqiqədə 3-cü qolunu vurub. O, oyundan sonra matçın ən yaxşısı seçilib.
Qeyd edək ki, 18 turdan sonra 26 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

