Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "2-ci yerdəyik, hər şey qaydasındadır" – Rəşad Sadıqov
    9.12.2023 19:41:34

    "Zirə" Azərbaycan Premyer Liqasının XVl turunda doğma meydanda "Araz-Naxçıvan"la 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə "Araz-Naxçıvan" meydanda aktiv idi. Bu da rəqibin pressinqindən irəli gəlirdi. Ondan çıxmağa çalışırdıq. Dəqiqələr getdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. 2-ci hissənin ilk dəqiqələri üstünlüyümzlə keçdi. Stefan Akkanın zədəsi oldu, pauza yarandı. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdi. Növbəti xalımızı qazandıq.

    – Son turlarda qələbə qazana bilmirsiniz. Bu, oyununuza təsir göstərir?
    – Gərginlik onsuz da var idi. Bu da ilk sıralarda getməyimizlə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Yuxarı pillələrdəsənsə, bu, normaldır. Rəqib motivasiya ilə oynayır. 16 oyuna 29-cu xalımızı qazandıq. 2-ci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdəndir.

    – Ruan Renatunun yoxluğunu hiss etdiniz?
    – Ruanın olmaması toplu oyunumuzda hiss edilirdi. Bu gün meydanda olan hər iki stoperimiz sağ ayaqlı idi. Oyun quruculuğunda təsiri oldu. Ruan önəmli oyunçumuzdur. Bu gün oynayan hər iki mərkəz müdafiəçisindən də razı qaldıq. 

    – Yeni transferlər gözlənilir?
    – İstəyirik. Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam. 

    – Felipe Paxtman üçün mövsüm bitib?
    – Bəlkə bu ilin sonuncu turuna hazır oldu. Bəlkə də kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. 3 vacib matç oynayacağıq. Çox istəyərdik ki, əlimizdə 2 keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik.

    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Futbol

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18
    Futbol

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05

    Yenə Bakı, yenə Qordon

    25.11.2026 22:43:48

    Həmyerlimiz Çempionlar Liqasına təyinat aldı

    25.11.2026 22:12:57
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved