Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Millidən təklif yoxdur, danışmağa dəyməz" – Azər Bağırov
    9.12.2023 19:32:31

    "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XVl turunda səfərdə "Zirə" ilə 0:0 hesablı heç-heçə edib.

    Prosport.Az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Maraqlı oyun alındı. Qol olmasa da, mübarizəli oyun keçdi. İlk yarıda qol epizodlarımız var idi. Amma yararlana bilmədik. Yolumuza davam edəcəyik. Bilirik ki, nələrin üzərində daha çox işləməliyik.

    – Sizcə, komandada daha səviyyəli hücumçu olsaydı, indi daha yaxşı yerlərdə olardınız?
    – “Araz-Naxçıvan”neçə illərdir ki, Premyer Liqada deyil. Bu, böyük maneələr yaratdı. Klub "transfermarkt"da belə yox idi. Kimlərinsə buna girib baxması işimizə çətinlik yaratdı. İlkin razılıq verən futbolçuların demək olar ki, 2-ni gətirmişik. Amma yenə də həmin futbolçulardan maksimum istifadə edib, bu səviyəyyə gəlib çıxmışıq. Mənim üçün yerli futbolçu çatışmazlığı var. Bu barədə qışda düşünəcəyik. Yaxşı qolçu futbolçu da tapa bilərik. Amma komandamıza ilin əvvəlində istədiyimiz 20 futbolçudan cəmi 2-si gəldi. 

    – “Araz-Naxçaıvan” debütant olsa da, effektli oynayır. Bu, iştahı artırır?
    – Çempionatın liderləri ilə yaxşı mübarizə aparırıq. Uduzmaq lazım olmayanda uduzduq. Amma yenə də rəhbərlik tərəfdən, özümüzün düşüncələri, “niyə də yox?!”dur. Yaxşı yerlərdə olmalıyıq. Futbolçulara deyirəm ki, siz daha yaxşılara layiqsiniz.

    – Ötən turda avtoqol edən Numan Kurdiçlə danışdınız?
    – Kurdiçlə qolun analizi barədə heç söhbət etməmişik. Böyük qardaş kimi dedim ki, hər şey qaydasındadır. Kim istəyər ki, o səhvi etsin? Dedim ki, komandaya lazımsan. Hansısa səhvinə görə futbolçunun üstünə getmək doğru deyil. Onsuz da oyunçu kasadlığı var. Kimisə qırmaq bizim fəlsəfəmizə uyğun deyil. Nöqtəni qoya biləcək futbolçularımız var. Orxan Əliyev də işləyir, alınmır. Allah qoysa, alınar. Hücum xəttinə legioner gətirə bilərik. Heç kim öz yaxşı futbolçusunu bizə verməyəcək. 

    – İqor Ribeyru və Kurdiç sizi razı salır?
    – İqorla Zamiq Əliyevi müqayisə edəndə İqor ondan bir balaca yaxşıdır deyə, oynayır. Amma Zamiq də oynayacaq.

    – Hakimlikdən narazılığınız var idi?
    – Emosiyalara qapılırıq. Onlar da maksimumu edir. Heç vaxt hakimlikdən şikayət etməmişəm. Hamımız səhv edə bilərik. Hakimlərə də meydanda, meydandan kənarda dəstəyimiz lazımdır.

    – 3-cü yer uğrunda mübarizə gedir. Qış fasiləsinə 3-cü yerdə getmək komandanı nə dərəcədə motivasiya edəcək?
    – Yuxarıda olmaq istəyirik. Hər xal da bizim üçün qənimətdir. Şansımızı güdürük ki, yuxarı çıxaq. “Sabah”la oynayacağıq. Mənim üçün Azərbaycanda 3 klubdan 1-idir. Çalışacağıq ki, yuxarılarda olaq. Allah qoysa, orada olarıq. 

    – Adınız millinin baş məşqçi postu üçün hallanır. Təklif gəlsə, necə olar?
    – Bilmirəm, təklif gələr, yoxsa gəlməz. Bu, müzakirə mövzusu deyil. Məncə, bir məşqçi bir yerdə çalışmalıdır. Beyin 1 yer üçün çatır. Millidə işləyən hər bir şəxs bacardığını maksimum ora qoymalıdır. Təklif yoxdur, danışmağa dəyməz.

    – Bəzən mətbuatda yazılır ki, uğursuz nəticələrdən sonra postunuzdan gedə bilərsiniz. Özünüzü buna psixoloji olaraq necə hazırlayırsınız?
    – Fikir vermirəm. Getməkdən heç vaxt qorxmamışam. Buna rəhbərlik qərar verir. İş barəsində sıxıntım yoxdur.

    Futbol

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21
    Futbol

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58
    Futbol

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37
    Futbol

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40
    Futbol

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10
    Futbol

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30

    Musa Qurbanlı: “Ən azından xalla qayıdırıq”

    27.09.2026 22:56:21

    Emreli: “Eminə çatmaq istərdim”

    27.09.2026 22:46:58

    "Azərbaycanla Bakıdakı oyunun əhəmiyyəti böyükdür" - Edqaras Yankauskas

    27.09.2026 21:40:37

    "D Liqasında yer almağımızla heç birimiz barışmırıq" - Ayxan Abbasov

    27.09.2026 20:42:40

    Şotlandiya Azərbaycan oyununu norveçlilər idarə edəcək

    27.09.2026 19:41:10

    Millimiz UEFA Millətlər Liqasına 1 xalla başladı

    27.09.2026 18:55:42

    “Neftçi” “Sabah"la oyuna hazırlaşır

    27.09.2026 17:49:04

    Litva – Azərbaycan: HEYƏTLƏR

    27.09.2026 16:14:14

    Litva - Azərbaycan oyununu bu kanalda izləyin

    27.09.2026 16:07:02

    Kaunasda şəhidlərin xatirəsi yad edilib

    27.09.2026 15:07:54

    Pokatilov oynadı, komandası bir xal qazandı

    27.09.2026 14:21:41

    Azərbaycan nümayəndə heyəti IBSA-nın 45 illik yubileyində iştirak edib

    27.09.2026 13:31:54

    Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

    27.09.2026 12:53:25

    Millimiz Millətlər Liqasında mübarizəyə başlayır

    27.09.2026 11:18:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved