Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Biz öz işimizi görməli və "Neftçi" üzərində qələbə qazanmalıyıq" – Votkins
    5.12.2023 20:52:44

    "NTD-İndiqo"nun basketbolşusu Brendon Votkins klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az amerikalı basketbolçunun müsahibəsini təqdim edir.

    – Son turun matçında komanda "Sərhədçi"ni məğlub etdi. İlk 2 perioddan sonra asan bir qələbə kimi görünürdü, amma 3-cü hissədə təşəbbüsü əldən verdiniz...
    – Başa düşürdük ki, bu oyunda yalnız qələbə qazanmalıyıq. Oyuna yaxşı başladıq, amma sonra rəqibə bizə çatmaq imkan verdik. Məşqlərdə çalışmalı olduğumuz məqamlar var. Komanda qələbə qazana bildi və bu ən vacib şeydir.

    – Komandanın kifayət qədər gərgin oyun qrafiki var. Noyabrın 29–da "Sabah"a qarşı oyun, dekabrın 2-də "Sərhədçi" ilə oyun oldu. Dekabrın 6-da isə artıq sizi "Neftçi" ilə görüş gözləyir. Belə sərt qrafikdə oynamaq çətin deyil ki?
    – Bu, oyuna təsir edir. Matç boyu yüksək tempdə oynamaq çətindir. Çərşənbə günü "Sabah"a qarşı ağır oyun keçirdik. Və artıq şənbə günü yenidən meydançaya çıxdıq. Şadam ki, "Sərhədçi" üzərində qələbə qazana bildik. Qələbə qazanmaq çox vacib idi.

    – Növbəti matç "Neftçi"yə qarşı olacaq. Komandanın şanslarını necə qiymətləndirirsiniz?
    – Bu mövsüm "Neftçi"nin oyunlarını izləmişəm. Hər oyun vacibdir. "Neftçi"yə qarşı oyun həm də ona görə vacibdir ki, onlar liderlər sırasındadır. Biz öz işimizi görməli və qələbə qazanmalıyıq.

    – Azərbaycan Basketbol Liqasında artıq 6 tur arxada qalıb. Liqanın səviyyəsi necə qiymətləndirirsiniz?
    – Çempionatda bir neçə güclü komanda və əla basketbolçular var. Yaxşı legionerlər gəldi. Həm də keyfiyyətli yerli oyunçular görürəm. Çox geniş ehtiyat oyunçular skamyası olan komandalar var.

    – Azərbaycana gəlməzdən əvvəl sizin gözləntiləriniz nə idi və onlar doğruldumu?
    – Açığı, nə gözləyəcəyimi bilmirdim. Bütün diqqətimi komandaya yönəltdim. 6 oyun keçirdik. Liqa səviyyəsi olduqca yaxşıdır. Hər oyunda qalib gəlmək istəyirik.

    – Qarşınıza hansı məqsədlər qoyursunuz?
    – "NTD-İndiqo"nun heyətində çempion olmaq istəyirəm. Heç kim ambisiyasız oynamaq istəmir. Yaxşı komandamız var. Düşünürəm ki, bu çempionluq olduqca realdır. 
          

     

    Müsahibə

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    Futbol

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    Futbol

    "4-5 qol vurmaq istəyərdik" "Qarabağ"ın legioneri

    19.09.2026 11:41:16
    Müsahibə

    "Rəşidin bu uğuru Hidayət Heydərov üçün də əlavə həvəsdir" – Fərhad Məmmədov

    19.09.2026 09:20:52
    Müsahibə

    "Çox istərdim ki, "Kəpəz" Gəncədə final oynasın" – Azər Məmmədov

    18.09.2026 21:12:13
    Futbol

    "Mənim üçün Mançester və ya Sumqayıtda oynamağın heç bir fərqi yoxdur" – Timoteuş Puxaç

    14.09.2026 23:20:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55

    "Zirə"nin 3 legioneri Azərbaycanı tərk edir

    21.09.2026 13:44:57

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved