Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Xarı Bülbül"ün oyunçularının müqavilə şərtləri bizə təqdim edilməyib" – AVF
    5.12.2023 13:32:21

    Azərbaycan Voleybol Federasiyası (AVF) dağılmaq təhlükəsi ilə üzləşən "Xarı Bülbül" komandaları ilə bağlı məlumat yayıb.

    Prosport.Az həmin məlumatı təqdim edir:

    "Son günlər “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının maliyyə çətinliyi ilə bağlı məsələləri sosial şəbəkələrdə müzakirə obyektinə çevrilmişdir.

    Məsələ ilə əlaqədar AVF bildirir ki, Azərbaycan Respublikasının milli çempionatlarında təmsil olunan komandalar maliyyə resurslarını özləri müəyyən edir və voleybolçularla müqavilələr bağlayaraq hazırlıq proseslərinə başlayırlar. AVF müvafiq qaydada çempionatın keçirilməsi ilə bağlı mümkün maliyyə imkanları çərçivəsində komandalara dəstək göstərir.

    Beləliklə, digər komandalar kimi “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları da göstərilən meyarlar əsasında Yüksək Liqada çıxış etmək üçün AVF-na müraciət etmişdir. Əlavə olaraq, “Xarı Bülbül Şuşa” komandasının avrokubok oyunlarında iştirakı ilə əlaqədar yaranacaq xərclərlə bağlı “Xarıbülbül Voleybol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyəti 5 iyun 2023-cü il tarixli müraciəti ilə AVF qarşısında öhdəlik götürmüş və bu barədə klub tərəfindən federasiyaya müvafiq zəmanət məktubu təqdim edilmişdir.

    Yüksək Liqa çempionatının və avrokubok yarışlarının gedişatında “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları maliyyə çətinliyi ilə əlaqədar AVF-na müraciət etmiş və federasiya öz növbəsində müvafiq köməkliyin göstərilməsi üçün klublardan oyunçularla müqavilə şərtləri haqqında məlumatlar istəmişdir. Sözügedən məlumatlar federasiyaya təqdim edilməsə də, hər iki komandanın 1 aylıq əmək haqları klubun hesabına köçürülmüşdür.

    Azərbaycan Voleybol Federasiyası buna qədər də öz imkanları daxilində sözügedən klublara dəstək olmuşdur. Belə ki, “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandalarının bütün mövsüm ərzində GİN-in Voleybol Mərkəzindən istifadəsi ilə bağlı bütün xərclərini (məşqlərin və oyunların keçirilməsi) öz üzərinə götürmüşdür. Eyni zamanda, federasiya “Xarı Bülbül Şuşa” komandasının xarici oyunçularının transfer xərclərini ödəmişdir.

    Bu kimi halların baş verməməsi üçün federasiya tərəfindən klublara oyunçu transferini, texniki heyətini və təlim-məşq toplantıları ilə bağlı danışıqlarını büdcə təsdiq edildikdən, maliyyə mənbələri aydın olduqdan sonra başlamasını tövsiyə etmişdir.

    AVF qeyd edir ki, “Xarı Bülbül Şuşa” komandası bu mövsümə qədər öz imkanları ilə Yüksək Liqada çıxış etmiş və federasiyadan heç bir köməklik istəməmişdir.

    AVF öz işini İdarə Heyəti tərəfindən təsdiq edilmiş strateji fəaliyyət planı və son icra tarixləri müəyyən edilmiş tədbirlər planına uyğun həyata keçirir. Kişilər, eləcə də qadınlar arasında Yüksək Liqada çıxış edən klubların sayının artırılması, uşaq voleybolunun inkişaf etdirilməsi baxımından regional voleybol klublarının yaradılması, aşağı yaş qrupları üzrə bir sıra beynəlxalq yarışlarda iştirak, çimərlik voleybolunun inkişafı və bu kimi digər vəzifələr cari mövsüm öncəsi AVF-nın qarşısında duran prioritet vəzifələrdir.

    Top oyunları

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17
    Top oyunları

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28
    Voleybol

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33
    Top oyunları

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    Basketbol

    Naxçıvan təmsilçisindən növbəti transfer

    21.09.2026 14:15:55
    Basketbol

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt"da yeni müqavilə

    22.09.2026 17:05:17

    Azərbaycanlı istedad Ukraynada ən yaxşılar sırasında

    22.09.2026 16:45:53

    Azərbaycanın tanınmış klubu dağılır

    22.09.2026 16:07:52

    Rəhim Həsənov hakim səhvini etiraf etdi - VİDEO

    22.09.2026 15:40:36

    Naxçıvan klubunda litvalı legioner

    22.09.2026 15:08:28

    Premyer Liqanın bombardiri Avropa klublarının "radar"ında

    22.09.2026 14:43:51

    "Sumqayıt"da keçmiş baş məşqçi köməkçi təyin olundu

    22.09.2026 14:12:00

    Azərbaycan çempionunun oyunlarının təqvimi açıqlandı

    22.09.2026 13:40:18

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved