Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        P.S.
    Futbola uzanan "български" əllər – YAZI
    2.12.2023 11:19:41

    Uzun müddətdir ki, ölkə idmanında gedən prosesləri səssis-səmirsiz izləmədəyəm. Ümid edirdim ki, müsbətə doğru dəyişiklikləri görmək imkanım olacaq. Ancaq danışmasan, deyərlər ki, dili yoxdur. Bu yolun sonu ölkə idmanı üçün yaxşı vədlər vermədiyindən, yığılıb qalmış notlarımı yenidən düzmək qərarıma gəldim.

    Xəbəriniz olsun ki, Gənclər və İdman Nazirliyinin rəhbərliyi artıq qollarını çırmalayaraq futbola girişib. Hamıya bəllidir ki, futbol və ya AFFA hələ Azad Rəhimovun vaxtından "muxtar respublika" statusunda olub. Ancaq nazirlik bu strategiyanı tamamilə dəyişmək qərarına gəlib. Burada nazir Fərid Qayıbovun futbol sevgisi və İdman şöbəsinin müdiri Elnur Məmmədovun vaxtı ilə AFFA və "Neftçi"də həyata keçirə bilmədiyi arzular dayanır.

    Elnur Məmmədovun təşəbbüsü ilə doğulduğu Mingəçevir şəhərində "Kür" həndbol klubunun açılıb, daha sonra maliyyə problemləri ilə üzləşməsini xəbər vermişdik. Eyni xətlə oktyabrda Şağanda "Ulduz" Futbol Akademiyasının açılmasından da xəbərdarsınız. Fərid Qayıbovun özü çıxışında bu akademiyanın fəaliyyətinin nazirlik tərəfindən dəstəkləndiyini bildirib. Buranın direktoru Elnur Məmmədovun "Neftçi"də işlədiyi vaxtdan kadrı sayılan Mehman Əlimov təyin olunub. Hansı ki həmin Əlimovun özü daha çox Kazbek Tuayevin adı ilə hallanan İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin (UGOEFM) də direktorudur. Dövlət tabeliyində olan məktəb direktorunun özəl Akademiyanın direktoru olması hansı qanunla tənzimlənir, bunun araşdırılmasını da hüquq bilicilərinin ixtiyarına buraxırıq. Təsisçi kimi isə adı I Liqa klubu "İrəvan"da maaş ala bilməyən futbolçularını müdafiə etmək əvəzinə, rəhbərliyin tərəfini tutması ilə gündəmə gələn Nazim Süleymanov təyin olunub...

    2024-cü ildə futbolda köklü dəyişikliklərin olacağı gözlənilir. Rövnəq Abdullayevin rəhbəri olduğu AFFA-da prezident seçkilərində maraqlı qüvvələr var. Bunlardan biri nazirlikdir. Tərtər stadionunun tikintisi zamanı nazirlik və AFFA arasında fikir ayrılığı yaşanıb. Nazirlik AFFA-nın inşa etdirdiyi stadionun onların balansında olduğunu bildirib. Nəticədə stadion Əli aşından da olub, Vəli aşından da və inşası yarımçıq qalıb. Xüsusən Elnur Məmmədov ümid edir ki, yeni seçkilərdə onun da adı namizədlər arasında olacaq. Ancaq nazirliyin idmanda olan strategiyası ümidləri doğrultmayıb, yuxarı dairələri razı salmayıb. Nazirlikdən idman ictimaiyyəti kifayət qədər narazıdır və Prezident Administrasiyasında hər şeydən xəbərdardırlar. Sadəcə, kimsə səsini çıxara bilmir. Səsini çıxaran mediaya da təzyiq olunur. Buna "azerisport" saytında yaxın günlərdə baş verən proseslər bariz sübutdur.

    Nazilik Qurban Qurbanova aid film çəkib, ölkə futbolu üçün nələrsə etdiklərini göstərməyə çalışsa da, əks-effektlə üzləşib. Belə ki, film qonaqların ürəyincə olmayıb. Nazirliyin filmin qala-gecəsinə dəvət etdiyi jurnalistlər filmin Qurban Qurbanov adına yaraşmadığını öz qeydlərində bildirib, hətta tənqidi yazıya görə media orqanlarından biri yenidən "ağ siyahı"dan "qara"ya salınıb. Filmdə Qurban Qurbanovun indiyədək bombardiri olduğu milli karyerasına bir epizodda belə toxunulmaması, "Qarabağ"ın Monteneqro adlı məmləkətdə heç bir dəfə də təlim-məşq toplanışında olmaması filmə başdansovdu yanaşılmasının göstəricisidir. Belə ciddi fiqura dair film futboldan xəbəri olmayan rejissora tapşırılmamalı idi ki, bu da nazirlikdə oturanların səriştəsizliyinin ayağına yazılmalıdır.

    Təbii ki, filmin AFFA prezident seçkilərinə az qalmış çəkilməsi də əbəs deyil. Qurum hər vəchlə özünün futbolda "mən" olduğunu göstərməyə çalışır. Bu səbəbdən futboldakı nəticələrin, xüsusən millinin Brüsseldəki 0:5 hesablı Belçika darmadağınının olması nazirlikdə oturan "български" əllərə sərf edir. Artıq milli komandalara legioner gətirilməsinə qadağa qoyulub. Əslində bu, nazirliyin indiyədək apardığı ən düzgün siyasətdir. Ancaq bu siyasətdən öz məqsədləri üçün istifadə edənlər var. Necə? İndi buna da aydınlıq gətirək.

    Futbol üzrə 19 yaşadək milli komandamız ötən ay Avropa çempionatının seçmə mərhələsinə itkilərlə yollanıb. Bundan xəbəri olmayan, sosial şəbəkədə yazmayan jurnalist qalmadı. 5 futbolçusu hərbi xidmətə yollanmış, 4 futbolçusu Lüksemburqa getməyə viza ala bilməmiş milliyə bir badalağı da nazirlik vurub. Qurum Rusiya, Gürcüstan və Ukraynada doğulmuş Nihat Mehrəliyev, Raul Hacıyev və Əsəd Əsədliyə milli pasport verməkdən imtina edib. Niyə? Hər 3 futbolçu ata və ana tərəfdən azərbaycanlı olduğu halda, azərbaycanca təmiz danışdıqları halda, milliyə buraxılmayıblar. Şəxsən mən həmin uşaqların azərbaycanca necə təmiz danışdıqlarını eşitmişəm. Maraqlı gəlsə, Elnur Məmmədov da bir dəfə dinləsin. Məmmədovdan bunun səbəbini jurnalistlər soruşub. Cavab belə olub: "Biz öz futbolumuzun yetirmələrini millidə görmək istəyirik". Polşadakı Avropa Oyunları zamanı jurnalistə "kim ki bizimlə qərəzli olacaqsa, biz də onlarla qərəzli olacağıq" deyən nazirlik rəsmisi hələ də hansı postda oturmasının, hansı açıqlamalar verməsinin fərqində deyil. "İctimai TV"də futbolun inkişafı haqda zərli-zibalı sözlər demək olar, ancaq futbol və voleybolda işlədiyi dönəmdə necə yarıtmaz işlər gördüyünü hamı görüb axı. Və 2-ci sual budur: Əgər xarici ölkələrdə yaşayan azərbaycanlı futbolçulara milli pasport verilmirsə, o zaman digər idman növlərində niyə hələ də milliləşdirilmə dayandırılmayıb?. Axı bu futbolçular digər idman növlərindəki kimi Cihan Özkaralar, Ufuk Budaklar yox, Mehrəliyevlər, Hacıyevlərdir. Deməli, futbolun iflasında maraqlı qüvvələr var... Həmin seçmə mərhələdə bu qədər itki fonunda millimiz Bosniya və Herseqovinadan xal almağı bacarsa da, Niderland və meydan sahibi Lüksemburqa uduzaraq mübarizəni dayandırmalı olub.

    Qeyd etdiyim kimi, yuxarı dairələrdə nazirlik haqda mənfi fikirlər var. Milli Məclisin Gənclər və İdman Komitəsi ilə korporativ iş görülmür, bu komitə üzvləri olan deputatlar təcrid halına salınıb. Böyük ehtimalla, Olimpiadayadək rəhbər postlar toxunulmaz qalacaq. Ancaq mütləq qurban veriləcək. Bu qurbanın olması ehtimalı ən zəif bənd sayılan Elnur Məmmədovun üzərinə düşür. Qurban ola bilməmək üçün vaxtında üzüqoylu bu postdan getmək daha ağlabatan olar. UGOEFM-ə Kamen Vasilyevi direktor qoymağa çalışan, lakin ictimaiyyətin qınağından sonra bundan vaz keçən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına kafedra müdiri Mariya Qançevanı təyin etdirməyə çalışan "български" əllərin qurbanına çevrilməmək üçün qurban verilməyin.

    Səbuhi Musa

    Futbol

    "İnanıram ki, bu dəfə avrokubok bəxtsizliyini dəf edəcəyik" - Emin Mahmudov

    21.07.2026 15:15:07
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06
    Futbol

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33
    Futbol

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19
    Futbol

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15
    Futbol

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İnanıram ki, bu dəfə avrokubok bəxtsizliyini dəf edəcəyik" - Emin Mahmudov

    21.07.2026 15:15:07

    Toral Bayramov oynadı, "Bursaspor" qələbə qazandı

    21.07.2026 14:46:06

    "İmişli" "Qarabağ"ı darmadağın etdi

    21.07.2026 14:13:33

    "Qəbələ"də nigeriyalı vinger

    21.07.2026 13:20:19

    "Şəfa" növbəti transferini reallaşdırdı

    21.07.2026 13:12:15

    Orxan Sadıqlının yeni klubu bilindi

    21.07.2026 12:42:55

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50

    "Qarabağ"ın iştirak ərizəsində dəyişiklik: Bolt da heyətdən çıxarıldı

    21.07.2026 12:00:24

    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da

    21.07.2026 11:32:59

    "Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqaviləni yenilədi

    21.07.2026 11:07:17

    MOİK "Qarabağ"a 2 milyonluq futbolçu uğrunda mübarizədə də rəqib oldu

    21.07.2026 10:50:35

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04

    Çempionlar Liqası: "Sabah" Finlandiya klubuna qarşı

    21.07.2026 10:00:10
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved