Azərbaycan Basketbol Liqasında (ABL) ll turdan təxirə salınan oyun keçirilib.
Prosport.Az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində "Sabah" və "NTD-İndiqo" komandaları qarşılaşıblar.
Görüş "Sabah"ın 81:70 hesablı qələbəsi ilə bitib. Ən məhsuldar basketbolçular "Sabah"dan Kivon Devenport (27 xal, 7 ribaund), "NTD-İndiqo"dan isə Qrifin Remi (13 xal, 9 assist) olub.
Bununla da cari mövsüm ABL-də məğlubedilməz komanda qalmayıb.
