"Xəzri" ilə görüşdə 1-ci və 2-ci periodlarda müdafiədə yaxşı oynadıq. Ona görə də hesab bərabər getdi".
Prosport.Az-ın məlumatına görə, bunu "Şəki" basketbol komandasının baş məşqçisi Aleksander Uco deyib.
Nigeriyalı çalışdırıcı Azərbaycan Basketbol Liqasının V turunda "Xəzri"yə 53:62 hesabı ilə uduzmalarının səbəbini açıqlayıb: "Fasilədən sonrakı 2 periodda müdafiədə yüksək səviyyədə oynamadığımız üçün qarşılaşmanı uduzduq. Həmçinin topları çevirməkdə çətinlik çəkdik. Demək olar ki, 3 dəqiqə ərzində səbətə dəqiq atışımız olmadı və bu da oyun tempimizi pozdu".
Qeyd edək ki, "Şəki" bütün 5 görüşdə uduzub.

