Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "AFFA-dan təklif olarsa, müzakirə edə bilərik" – Murad Musayev
    24.11.2023 23:23:58

    "Bu gün meydanda parlaq oyun var idi. Hər iki komanda hücum futbolu sərgilədi. "Qarabağ"a qarşı oynayırsansa, bu cür səhvlər etməməlisən, 2 asan qol buraxmamalısan. Penaltini vura bilmədik. Oyundan sonra futbolçularımın əlini sıxdım. Meydandakı mübarizələrinə görə onlara bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Yaxşı oyun oldu, amma nəticə bizim üçün pis oldu".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın XIV turunun "Qarabağ"la oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

    – Oyunun qırılma nöqtəsi penaltidən istifadə edə bilmədiyiniz an idi?
    – Önəmli an idi. Əgər qol vursaydıq, fərqli olacaqdı. Çünki rəqib daha çox hücuma çıxacaqdı və arxada boşluqlar buraxacaqdı. Biz də ondan yaxşı istifadə edə bilərdik. Deyə bilmərəm ki, qırılma anı o idi. Amma oyunun ən önəmli anlarından biri oldu.

    – Elvin Camalov bu gün niyə oynamadı?
    – Aleksey İsayev və Kristian Da Silva Elvindən daha yaxşı formadadır. Elvin demək olar ki, millidə oynamadı. Kristian 2 həftədir ki, çox yaxşı formadadır. "Turan Tovuz"a qarşı da səfərdə çox yaxşı oyun keçirmişdi. Ona görə də onların hər ikisinə bu gün fürsət verdik ki, oynasınlar.

    – Nicat Mehbalıyevin performansı haqda fikriniz necədir? 
    – Oyunu barəsində ona heç bir idarım yoxdur. Nicat çox yaxşı çıxış edir. Demək olar ki, komandanı önəmli matçlarda xilas edir.

    – Ceyhun Nuriyevi nə vaxt əsas komandaya qaytaracaqsınız?
    – Bu barədə heç nə deyə bilmərəm.

    – David Volkovi buna qədər Azərbaycandakı karyerası ərzində sağ cinah vingeri kimi oynayıb. Bu gün də eyni mövqedə gördük. Fasilədə onu əvəzləməyiniz oyununun alınmaması ilə bağlı idi?
    – Səhhəti ilə bağlı problemi var idi deyə, onu dəyişdik.

    – Azərbaycan milli komandasının baş məşqçi postu boşdur və axtarışlar da gedir. Özünüzü bu postda görürsünüz?
    – "Sabah"ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün böyük şərəf olardı. Ancaq indi mən "Sabah"ın baş məşqçisiyəm və bütün fikrim də bu klubla bağldıır. Azərbaycanda çox yaxşı futbolçular var və milli çox yaxşı futbol sərgiləyə bilir. Onlara da gələcəkdə uğurlar arzulayıram. 

    – "Zenit"in baş məşqçisi Sergey Semak "Sabah"ın uğursuz çıxışı haqda danışarkən, "Murad Musayevin performansına mövsümün sonunda baxarsınız" deyib. Sizcə, o nəyi demək istəyirdi?
    – Onun özündən soruşun. Bəli, biz bir-birimizi yaxşı tanıyırıq. Mən orada təcrübədə olmuşam. Əfsuslar olsun ki, "Neftçi" – "Zenit" oyunu günü mən Rusiyaya uçmalı idim. Fikrimcə, o bunu turnir cədvəlində daha yaxşı yerdə olacağımızla bağlı demək istəyirmiş.

    – Həm klubda, həm millidə işləmək praktikada olan məsələdir. Eyni vaxtda 2 işi apara bilərsiniz? Çünki sizi millidə görmək istəyənlər var. AFFA rəsmiləri də bildirib ki, millimizə yerli və ya mentalitetimizi yaxşı bilən məşqçi dəvət ediləcək...
    – Təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç danışıq da olmayıb. Bütün düşüncələrim "Sabah"la bağlıdır.

    Futbol

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01
    Futbol

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07
    Futbol

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13
    Futbol

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19
    Futbol

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20
    Futbol

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bizimlə kifayət qədər amansız davrandılar" - Timoteuş Puxaç

    26.11.2026 13:41:01

    Bakıda qol vurdu, Suaresi geridə qoydu

    26.11.2026 13:16:07

    "Neftçi" heyətini legioner müdafiəçi ilə gücləndirdi

    26.11.2026 12:38:55

    "Sabah" - "Barselona" matçında faciə: Azarkeş stadionda öldü

    26.11.2026 12:10:13

    "Azərbaycan gözəl ölkədir" - Entoni Qordon

    26.11.2026 11:45:19

    Millimizin hücumçusu "Sampdoriya"da dubl etdi - VİDEO

    26.11.2026 11:11:20

    Çempionlar Liqası: Komandamız cavab oyununa çıxır

    26.11.2026 10:49:57

    "Sabah"ın kapitanı ən çox "seyv" edən qapıçıdır

    26.11.2026 10:23:28

    Azərbaycan klubu Polşa təmsilçisini qəbul edir

    26.11.2026 10:00:34

    Çempionlar Liqası: "Sabah"ın növbəti rəqibi qələbə qazandı

    26.11.2026 09:00:18

    "Barselona"nın oyununa baxanda gözlərim və boynum ağrayırdı" - Valdas Dambrauskas

    26.11.2026 00:41:09

    "Bu, Azərbaycana 4-cü səfərimdir" - Hansi Flik

    26.11.2026 00:16:13

    "Sabah"a 2 qol vurdu, ən yaxşı seçildi

    25.11.2026 23:52:24

    "Sabah" "Barselona" ilə bacarmadı - YENİLƏNİB + VİDEO

    25.11.2026 23:37:18

    Çempionlar Liqası: "Turan" qrup mərhələsində məğlubiyyətlə başladı - YENİLƏNİB

    25.11.2026 23:14:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved