Azərbaycanın l liqa təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib.
Prosport.Az xəbər verir ki, o, bu gün lX turda “Karvan”a məğlubiyyətindən (2:4) sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.
Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Qeyd edək ki, Vüqar Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı.

