“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen La Liqanın 14-cü turunda “Rayo Valyekano” ilə keçiriləcək oyunda iştirak etməyəcək.
Prosport.Az xəbər verir ki, 31 yaşlı qolkiper komandanın son məşqini buraxıb. Ter Ştegenin belindəki ağrılara görə Almaniya millisindən də ayrıldığı bildirilirdi.
“Rayo Valyekano” – “Barselona” matçı noyabrın 25-də keçiriləcək.

