Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanlı millət vəkilinin rəhbəri olduğu federasiya beynəlxalq quruma üzv olub
    23.11.2023 21:55:04

    Dünya Alpaqut Federasiyasının (DAF) Beynəlxalq İdman Hamı üçün Assosiasiyasına (TAFISA) üzv olması ilə bağlı mətbuat konfransı keçirilib.

    Prosport.Az xəbər verir ki, tədbirdə DAF prezidenti Jalə Əhmədova, vitse-prezident Fərid Əlizadə, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanov, DAF Azərbaycan nümayəndəliyinin rəhbəri Qüdrət Nuriyev və TAFISA-nın Avropa həmsədri Patrik Peroza və TAFISA İdarə Heyətinin üzvü Marko Tomazini iştirak edib.

    Millət vəkili Jalə Əhmədova çıxışında Azərbaycanın TAFISA-da təmsil olmağının böyük qürur hissi olduğunu vurğulayıb. O, yaxın zamanda federasiyanın daha yüksək nailiyyətlərə imza atacağını  qeyd edib.

    Daha sonra çıxış edən GİN sektor müdiri Aydın Məmmədov alpaqut turan döyüş növünün ölkəmizdə olduğu kimi, dünyada da böyük nüfuz qazandığını və bu işin ölkəmizin dünyada nüfuzunun artması üçün vacib hadisə olduğunu bildirib.

    TAFISA-nın son XXVIII dünya konfransında Azərbaycana böyük marağın olduğunu bildirən F.Əlizadə deyib: "Görüş zamanı Azərbaycan və xüsusi olaraq alpaqut idman növü tanıdıldı. Tədbir bitdikdən sonra TAFISA-nın əməkdaşları ilə 3 görüş keçirildi. Bunlardan biri qeyri-rəsmi görüş idi. Növbəti günlərdə TAFISA-nın gələcək layihələri ilə bağlı tədbirlər davam etdi. Qurum tərəfindən bizə daimi üzvlük və səsvermə hüququ təqdim olundu. Bu uğur Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir”. Federasiya rəsmisi TAFISA-nın növbəti konfransının 2027-ci ildə Botsvanada keçiriləcəyini vurğulayıb.

    Daha sonra TAFISA-nın Avropa həmsədri Patrik Peroza çıxış edib. 162 ölkənin qurumda təmsil olunduğunu söyləyən nümayəndə əlavə edib: "Böyük məmnunluq hissi duyuruq ki, Azərbaycan da bizim aramıza qoşulub. TAFISA BMT, UNESCO və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınır. Təşkilatın adından da bəlli olduğu kimi, hər birimizi dostluğa və sülhə dəvət edir".

    Sonra alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov bu idman növünün gələcəyə dair böyük və ciddi məqsədlərinin olduğunu bildirib.

    Sonda mükafatlar təqdim olunub.

    Qeyd edək ki, TAFISA 1991-ci ildə yaranıb.

    Digər idman növləri

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30
    Stolüstü oyunlar

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Digər idman növləri

    Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazandı

    19.11.2026 18:54:08
    Digər idman növləri

    Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımı ilə bağlı görüş

    19.11.2026 15:44:18
    Digər idman növləri

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08
    Kikboksinq

    Azərbaycanlı məşqçi 2-ci dəfə Avropanın ən yaxşısı oldu

    17.11.2026 17:48:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved