“Neftçi” Azərbaycan Premyer Liqasının XIV turunun “Araz-Naxçıvan”la oyunun hazırlığını davam etdirir.
Prosport.Az xəbər verir ki, milli komandalarında çıxış edən Kilan Lebon və Ataa Caber hələ komandaya qoşulmayıb. Lakin Qara Qarayev məşqlərə start verib. Xorvatiyalılar – qapıçı İvan Brkiç və mərkəz yarımmüdafiəçisi Filip Ozobiçin də Naxçıvan təmsilçisi ilə matçı buraxmaq ehtimalı var.
Onların hər ikisi hələ ki, zədələrini sağalmayıb.“Neftçi” – “Araz-Naxçıvan” matçı noyabrın 26-da “Neftçi Arena” stadionunda keçiriləcək və saat 15:30-da başlayacaq.

