Peru millisində baş məşqçi Xuan Reynoso ilə yollar ayrılacaq.
Prosport.Az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışıdır.
Peru Futbol Federasiyası mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verəcəyi üçün ona 2 milyon dollar təzminat ödəməlidir. Tərəflər arasında danışıqlar davam edir.
Peru yığması DÇ-2026-nın seçmə mərhələsində 6 turdan sonra 2 xalla sonuncu - 10-cu sıradadır.
Federasiya baş məşqçiyə 2 milyon dollar ödəməlidir

