İngiltərəli məşqçi Qrem Poter İsveç millisinə rəhbərlik təklifini qəbul etməyib.
Prosport.Az xəbər verir ki, İsveçin "Österşund", İngiltərənin "Brayton" və "Çelsi" komandalarının sabiq baş məşqçisi millilərlə yox, klublarla işləmək istəyir.
Daha əvvəl Yane Andeşon İsveç millisinin baş məşqçi postundan ayrılıb. O, komandası AÇ-2024-ə vəsiqə qazanmadığı üçün istefa verib.

