"Mən AFFA-ya İcraiyyə Komitəsinin iclasına qatılmamağımın səbəbini də, Canni De Byazinin getməsinin tərəfdarı da olduğumu bildirmişdim".
Bunu Prosport.Az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Fərid Mansurov deyib.
41 yaşlı yunan-Roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu yerli məşqçilərin millidə çalışmasının tərəfdarı olduğunu bildirib:
"Rəşad Sadıqovun işləməsi ilə ikiəlli razıyam. Çünki o həm Qurban Qurbanovun çalışdırdığı "Qarabağ"da kapitan olub, həm də böyük futboldan yeni ayrılıb. Hər bir idman növü kimi, futbol da inkişaf edir. Məşq prosesləri yenilənir. Məncə, bunu yeni məşqçilər daha yaxşı bilirlər. O üzdən yerli və gənc məşqçilərə şans vermək lazımdır".
Səbuhi Musa

