Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, Almaniyada "Bayern" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.
Elçin Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcək. 4-cü hakim funksiyasını Mixael Baxer (Almaniya) yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma noyabrın 29-da Münxendə təşkil olunacaq.

