"Bayern" qışda heyətini gücləndirmək istəyir. Prosport.Az xəbər verir ki, Münxen təmsilçisi “Napoli”nin futbolçusu Xviça Kvaratsxelianı transfer etməyi planlaşdırır. Amma hələlik Almaniya çempionu “Napoli” və ya futbolçunun özü ilə danışıqlara başlamayıb. Lakin yaxın vaxtlarda Almaniya nəhəngi 22 yaşlı gürcünün transferi üçün hərəkətə keçəcək. Gürcü futbolçunun özünün də Almaniya Bundesliqasında oynamağa müsbət yanaşdığı bildirilir.
Almaniya nəhəngi gürcü futbolçu transfer etmək istəyir

