Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yeni baş məşqçinin yerli olması ehtimalı az deyil" – Sərxan Hacıyev
    22.11.2023 12:32:48

    "Gündəlikdə bir məsələ var idi, o da Canni De Byazinin hesabatının dinlənilməsi və gələcək taleyi ilə bağlı müzakirənin aparılması idi. Məlumat üçün onu bildirim ki, Canni De Byazi iclasda iştirak etdi və qısa olaraq, nəticələr barəsində müəyyən məlumatı verdi. Ondan sonra öz xahişi ilə bildirdi ki, bundan sonra Azərbaycanda fəaliyyətini dayandırmalıdır və müqavilənin müddətinin uzadılmamasını xahiş etdi. Canni De Byazi dinlənildi və AFFA İcraiyyə Komitəsi (İK) üzvləri daxildə müzakirə apardılar. Son 3 ildə onun vaxtında millinin nəticələri də nəzərə alındı. Ümumi məsələlər də müzakirə olundu və İcraiyyə Komitəsinin üzvləri tərəfindən də belə qənaətə gəlindi ki, müqavilənin müddətinin uzadılmaması qəbul olunsun. Bu o deməkdir ki, Canni De Byazi ilə müqavilə uzadılmayacaq".

    Prosport.Az xəbər verir ki, bu sözləri İK iclasından sonra AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib. 

    – Canni De Byazi özü bunu etməsə, İK müqavilənin müddətini uzatmağı düşünürdü?
    – Bu suala cavab vermək çətindir. Çünki bu bir az başqa istiqamətdə cərəyan edəcək hadisələr idi. Prosedur var və ilk növbədə baş məşqçinin hesabatı dinlənilməlidir. Onun hesabatı dinlənildikdən sonra özü tərəfindən bu cür xahiş olundu. Xahiş olmasaydı, İK hansı qərarı verəcəkdi, mənim üçün demək çətindir. 

    – Hamı gözləyirdi ki, İK italiyalı ilə bağlı qərar versin, amma görünür ki, De Byazi özü getməsini xahiş edib. İclasın 10 dəqiqəsindən sonra da AFFA-nın binasını tərk etdi...
    – Öz fikrini bildirsə də, İK müəyyən müzakirələr apardı. Sonda İK da nəticələri nəzərə alaraq, belə qərara gəldi ki, müqavilə müddətinin uzadılmaması ən düzgünüdür. 

    – Başqa nələr müzakirələr edildi?
    – Xüsusi işçi qrup yaradılacaq. Orada İK tərəfindən də müəyyən üzvlər yer alacaq. Ehtimal var ki, kənardan da müəyyən mütəxəssislər cəlb olunsun və həmin işçi qrup tərəfindən baş məşqçi postuna müəyyən təkliflər verilsin. Əlbəttə ki, detallı şəkildə hər bir amillər nəzərə alınaraq, analiz olunacaq. Ondan sonra təkliflər İK-da yenidən müzakirəyə çıxarılacaq və qərar veriləcək. İşçi qrupunun üzvləri ilə bağlı bu dəqiqə məlumat verə bilmirik. Yaxın zamanlarda məlumat veriləcək.

    – Uzun illərdir ki, əcnəbilər millimizi çalışdırır. Yerli məşqçilər üzərində dayanmağın vaxtı çatması barədə iclasda müzakirələr aparıldı?
    – İclasda müxtəlif fikirlər səsləndirildi. Bu barədə fikir mübadiləsi də aparılırdı. İK-nın müxtəlif üzvləri tərəfindən müxtəlif fikirlər səsləndirildi. Siz dediyiniz fikrə də uyğun fikirlər səsləndirildi.

    – Baş məşqçi məsələsinə nə vaxt aydınlıq gətiriləcək?
    – Növbəti oyunumuz martdadır, o da yoldaşlıq oyunudur. Məqsədəuyğun odur ki, həmin yoldaşlıq matçlarından bir neçə ay öncə artıq baş məşqçi məsələsi həllini tapsın. Hələ ki son tarix qoyulmayıb. Lakin düşünürəm ki, yaxın 1-2 ay ərzində məsələ öz həllini tapa bilər.

    – Yanvarda İK-nın iclasına qədər qərar artıq hazır olacaq?
    – Bu dəqiqə 100 faiz heç nə deyə bilmərəm. Amma ehtimal var ki, belə olsun. Çünki baş məşqçiyə də vaxt verilsin ki, martdakı oyunlara hazırlaşsın. 

    – Yeni baş məşqçi seçilərkən, hansı meyarlar əsas götürüləcək? Əsas məsələ ad olacaq?
    – Xeyr, ad məsələsi əsas meyar kimi götürülməyəcək. Müzakirələr əsasında onu deyə bilərəm ki, vacib kriteriyalardan biri yerli mentaliteti və yerli futbolçuları tanıyan, daha çox yerli mədəniyyətə uyğun namizədin olmasıdır.

    – O zaman belə çıxır ki, yerli mütəxəssislərin şansı daha yüksəkdir?
    – Bu dəqiqə 100 faiz bunu demək çətindir. Amma millinin yeni baş məşqçisinin yerli olması ehtimalı az deyil.

    – De Byazinin mətbuatla bağlı dedikləri iclasda müzakirə edildi? Qınaq kimi ona nəsə deyildi?
    – Bəli, bu məsələ də müzakirə olundu və qınanıldı. Belə halların olması İK tərəfindən birmənalı şəkildə pislənildi.

    – Canni De Byazi deyir ki, 3 ildə yığma inkişaf etdi. Bəs İK bu haqda nə düşünür?
    – De Byazi dinlənildi və müzakirələr aparıldı. İK onunla müqavilə müddətinin uzadılmamasına qərar verəndə, təbii ki, nəticələri də nəzərə alınmışdı.

    Futbol

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10
    Futbol

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23
    Futbol

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32
    Futbol

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40
    Futbol

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02
    Futbol

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved