Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi beynəlxalq şahmat turnirinin iştirakçıları açıqlanıb.
Prosport.Az-ın xəbərinə görə, Memorialın direktoru Anar Allahverdiyev bunu açıqlayıb. Onun sözlərinə görə, 9-cu dəfə keçiriləcək yarışda 5 əcnəbi və 5 yerli şahmatçı mübarizə aparacaq.
Əcnəbi şahmatçılardan hindistanlı Vidit Qucrati, macarıstanlı Rixard Rapport, polşalı Yan-Kjıştof Duda, niderlandlı Yorden van Foreest və israilli Boris Qelfand mübarizə aparacaq.
Yarışda mübarizə aparacaq 5 yerli şahmatçı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Aydın Süleymanlı olacaq.
Qeyd edək ki, yarış ilk dəfə Qəbələdə baş tutacaq. 8-10 delabrda rapid yarışı keçiriləcək. 11 dekabrda blits yarışı baş tutacaq. Turnirin qalibi 2 yarışın ümumi cəminə görə çox xal toplayan şahmatçı olacaq.
